Modern.az

Türkiyəli attaşe Arzu Rəhimova əməkdaşlıqla bağlı söz verdi

Türkiyəli attaşe Arzu Rəhimova əməkdaşlıqla bağlı söz verdi

25 İyun 2019, 14:43

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında yeni təyin olunmuş hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali ilə görüşüb.


Dövlət Xidmətindən Modern.az-a bildirilib ki, hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən general-leytenant Arzu Rəhimov ona iki ölkənin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.


Azərbaycan Respublikasında hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən İsmail Hakkı Köseali ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişafı üçün çalışacağını vurğulayıb.


Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.


Tərəflər iki ölkənin müvafiq qurumları nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin digər sahələrdə əməkdaşlığın davam etdirilməsinin ikitərəfli əlaqələrə müsbət təsir edəcəyini xüsusi qeyd ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır