Modern.az

Rusiyada idman ustasını öldürən azərbaycanlı axtarışa verildi

Rusiyada idman ustasını öldürən azərbaycanlı axtarışa verildi

Hadisə

25 İyun 2019, 15:19

Rusiyanın Tolyatti şəhərində kafelərdən birində baş verən kütləvi dava zamanı 27 yaşlı cüdo üzrə idman ustası Yergeni Kuşnir qətlə yetirilib.

 

Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, iyunun 24-də baş verən hadisədə şübhəli bilinən  şəxsin adı açıqlanıb. Bu, milliyətcə azərbaycanlı olan 1988-ci il təvəllüdlü Elşən Elman oğlu Qəhrəmanovdur.

 

Hazırda Rusiya polisi azərbaycanlının axtarışına başlayıb. Qəhrəmanovla birlikdə davada iştirak edən 47 yaşlı Tolyatti sakini isə artıq nəzarətə alınıb.

Davada bıçaq xəsarətləri alan 1 nəfər isə xəstəxanada yatır.

  

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır