Modern.az

Belarusdan bir qızıl, iki bürünc şansı

Belarusdan bir qızıl, iki bürünc şansı

Aktual

25 İyun 2019, 20:30

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sərbəst güləş yarışlarında daha bir çəki dərəcəsində yarımfinal qarşılaşmaları baş tutub.

Modern.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan yığmasının güləşçisi Aleksandr Qostiyev finala vəsiqə uğrunda mübarizə aparıb.

86 kq çəki dərəcəsində çıxış edən idmançımız rusiyalı Dauren Kuruqliyevlə üz-üzə gəlib. Xalçanı məğlubiyyətlə tərk edən güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.
Yarımfinal qarşılaşmaları Hacımurad Hacıyev (74 kq) üçün medal qazanmaq şansı yaradıb. Onun 1/8 finalda uduzduğu türkiyəli Sönər Dəmirtaş finala vəsiqə qazanıb. Bu da təmsilçimizə təsəlliverici görüşlərdə iştirak hüququ verib. İdmançımız bürünc medal uğrunda qarşılaşmaya vəsiqə uğrunda Yunanıstan təmsilçisi Kirilos Binenmpaounla qarşılaşacaq.

Qeyd edək ki, bu gün daha bir güləşçimiz yarımfinal qarşılaşmasına çıxacaq. Camaləddin Məhəmmədov (125 kq) gürcüstanlı Givi Matçaraşvili ilə görüşəcək. Mahir Əmiraslanov (57 kq) isə artıq finala vəsiqə qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!