Modern.az

Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB

Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB

25 İyun 2019, 22:55

Jurnalist Fuad Abbasovu qarşılamaq üçün xeyli insan Heydər Əliyev adına Hava Limanına gedib.

Modern.az xəbər verir ki, jurnalistin atası Malik Abbasov aeroportda musavat.com-a açıqlama verdi.

M.Abbasov bildirib ki, bütün Azərbaycanın gözü aydın olsun: “Fuad hamınızın oğludur. Ona görə də hamınızın gözü aydın olsun. Bu işin həll olunmasında birinci millətin, ikinci dövlətin və üçüncüsü orda yaşayan azərbaycanlıların rolu oldu. Ermənipərəst azərbaycanlılara ar olsun ki, adını azərbaycanlı qoyub ermənilərə işləyirlər”.

***

Rusiyadan deportasiya olunan azərbaycanlı jurnalist Fuad Abbasov artıq Bakıdadır.

Modern.az xəbər verir ki, jurnalisti Rusiyadan gətirən təyyarə artıq Heydər Əliyev adına Hava Limanına enib.

***

Rusiyada saxlanılmış azərbaycanlı jurnalist Fuad Abbasov azadlığa buraxılıb.

Modern.az-ın məlumatına görə, bu barədə onun hüquqlarını müdafiə edən vəkil Teyyub Şərifov bildirib.

Onun sözlərinə görə, F.Abbasov artıq Vnukovo hava limanından Azərbaycana yola düşüb:
"Bir neçə saat sonra ölkədə olacaq".

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi