Modern.az

“Fəaliyyətimi yenidən davam etdirəcəyəm” – Fuad Abbasov

“Fəaliyyətimi yenidən davam etdirəcəyəm” – Fuad Abbasov

25 İyun 2019, 23:56

"Fəaliyyətimi yenidən davam etdirəcəyəm, məhkəməyə müraciət mütləq edəcəyəm".

Modern.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov deyib.

"Hər kəsə təşəkkür edirəm. Mən bura bu qədər insanın gəlməsini istəmirdim. Ona görə də heç kimə heç bir xəbər verilməmişdi. Özüm üçün də gözlənilməz oldu çıxmağım. Tam 40 gün boyunca qapalı məkanda qalmışam. Ona görə də bir az dincəlmək istəyirəm. Dünən axşam dindirilmişdim və bu gün səhər gözlənilmədən xəbər çıxdı ki, artıq Rusiyanı tərk edirəm", - deyə Fuad Abbasov bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub