Modern.az

“Ciyər axşamı”ndan qayıdan gənc traktorun altında qaldı

“Ciyər axşamı”ndan qayıdan gənc traktorun altında qaldı

Aktual

26 İyun 2019, 00:58

Dünən axşam saatlarında Salyan rayonunun Qarabağlı kəndində baş verən daha bir yol-nəqliyyat hadisəsi də  ölümlə nəticələnib.

Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, traktorun kabinəsində “ciyər axşamı”ndan qayıdan Qarabağlı kənd sakini, 1995-ci il təvəllüdlü Orxan Elxan oğlu Əliyev ehtiyatsızlıqdan yıxılaraq təkərlərin altına düşüb.

Bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alan O.Əliyev Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır