Modern.az

Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı

Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı

Aktual

26 İyun 2019, 18:27

Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında kayak və kanoelərdə avarçəkmə yarışları davam edir.

Modern.az xəbər verir ki, bu idman növündə Azərbaycanın yeganə təmsilçisi Mariya Lorena Manolitsa iyunun 26-da mübarizəyə qoşulub.

Qadınların K-1 növü üzrə 200 metr məsafəyə yarışlarında Mariya Lorena Manolitsa ilkin mərhələdə qüvvəsini sınayıb. Finişə 44,750 saniyəyə çatan təmsilçimiz ilk qrupda 6-cı olub. O, bu göstərici ilə yarımfinal mərhələsinə yüksəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir