Modern.az

Putin İnquşetiyaya yeni rəhbər təyin etdi

Putin İnquşetiyaya yeni rəhbər təyin etdi

26 İyun 2019, 22:16

Mahmud Əli Kalimatov İnquşetiya rəhbəri vəzifəsini icra edəcək.

Modern.az  “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Vladimir Putin yeni təyinatla bağlı müvafiq əmr imzalayıb.

Bildirilib ki, bundan əvvəl Rusiya Prezidenti respublikanın sabiq başçısı Yunus-Bek Yevkurovla görüşüb, onun istefasını qəbul edərək, işlədiyi dövrdəki xidmətlərinə görə təşəkkür edib.

Qeyd edək ki, İnquşetiyanın yeni rəhbər vəzifəsini icra edəcək Kalimatov 9 aprel 1959-cu ildə anadan olub. O, Kuybişev Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Samara, habelə İnquşetiya Prokurorluğunda çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır