Modern.az

İspaniyada azərbaycanlının 1 milyonluq saatı OĞURLANDI

İspaniyada azərbaycanlının 1 milyonluq saatı OĞURLANDI

27 İyun 2019, 08:51

İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt-sterlinq dəyərindəki saatı oğurlanıb.

 

Modern.az “Daily Mail”ə istinadən xəbər verir ki, gündüz vaxtı hücum edən şəxs azərbaycanlıya bir neçə zərbə endirib.

 

Hadisənin təfərrüatı barədə bildirilir ki, azərbaycanlı turist dəniz sahilində dostu ilə gəzintidə olarkən günün günorta çağı hücuma məruz qalıb.

Oğru onu bir neçə dəfə itələdikdən sonra qolundakı bahalı saatı götürərək qaçıb.

Azərbaycanlı dərhal hadisə ilə bağlı polisə məlumat verib.

 

Oğurlanan saat “Richard Mille” markasına aid “50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Saatın çəkisi cəmi 40 qramdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu