Modern.az

General Əli Nağıyevin Qarabağ döyüşlərindəki görüntüləri yayıldı - VİDEO

General Əli Nağıyevin Qarabağ döyüşlərindəki görüntüləri yayıldı - VİDEO

Reportaj

27 İyun 2019, 09:34

Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin etdi.

Bu təyinat günlərdir müzakirə olunur.


Təhlükəsizlik məsələləri üzrə eskpert, bir vaxtlar keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl Modern.az-a açıqlamasında 2004-cü ildən bəri -15 il sonra bu vəzifəyə ən uyğun, ən peşəkar şəxs təyin olunduğunu bildirib.


“Biz Əli Nağıyevlə birlikdə “Çaykənd əməliyyatı”nda, indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində çiyin-çiyinə vuruşmuşuq. Yəni adamın həm əməliyyat təcrübəsi var, həm anti-terror fəaliyyəti var. Bir sözlə, 15 il sonra bu vəzifəyə peşəkar şəxs təyin edildi”,- deyə İ.İsmayıl bildirib.

Bu arada sosial şəbəkədə Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəisi Əli Nağıyevin MTN xüsusi təyinatlılarının əməkdaşı kimi 1991-ci ildə Goranboydakı hərbi əməliyyatlarda iştirakını əks etdirən videogörüntüsü yayılıb. Söhbət İlham İsmayılın bəhs etdiyi hərbi əməliyyatlardan gedir.

Modern.az xüsusi xidmət orqanlarrının sabiq əməkdaşı Arzu Nağıyevin paylaşdığı həmin görüntüləri təqdim edir:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?