Modern.az

1 milyonluq saatın azərbaycanlı məmur oğluna məxsus olması xəbərinə rəsmi REAKSİYA: "Tam qərəzlidir"

1 milyonluq saatın azərbaycanlı məmur oğluna məxsus olması xəbərinə rəsmi REAKSİYA:

Aktual

27 İyun 2019, 10:02

İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt-sterlinq dəyərində saatının oğurlandığı barədə xəbər yayılıb.

Bu barədə məlumatı Britaniyanın nüfuzlu “Daily Mail” nəşri dərc edib.

Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli isə sosial şəbəkədə sözügedən şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğunu yazıb.


C.Həsənli bundan əvvəl bəzi azərbaycanlı məmurların Avropadakı bahalı mülkləri barədə araşdırma materiallar təqdim edib. Və bu materiallar səs-küylü qalmaqallara səbəb olub.

Məsələ ilə bağlı AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli Modern.az-ın sorğusuna cavab olaraq, yazılanların həqiqəti əks etdirmədiyini bildirib:

“Barəsində danışılan hadisədə Agentliyin sədri Saleh Məmmədovun övladının adının hallanması qərəzlidir. Belə bir hadisə baş verməyib”.

 

Xarici mətbuatda hadisənin təfərrüatı barədə bildirilir ki, azərbaycanlı turist dəniz sahilində dostu ilə gəzintidə olarkən günün günorta çağı hücuma məruz qalıb.

Oğru onu bir neçə dəfə itələdikdən sonra qolundakı bahalı saatı götürərək qaçıb.

Azərbaycanlı dərhal hadisə ilə bağlı polisə məlumat verib.

 

Oğurlanan saat “Richard Mille” markasına aid “50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Saatın çəkisi cəmi 40 qramdır.

Britaniya mətbuatı azərbaycanlı turistin ad-soyadını yazmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı