Modern.az

Taksafonlar xəstəlik mənbəyidir...

Taksafonlar xəstəlik mənbəyidir...

Ölkə

21 Dekabr 2009, 14:44

Küçə və meydanlarda, yeraltı keçidlərdəki avtomat telefonlardan hər birimiz istifadə edirik. Bu telefonlar vasitəsilə ünsiyyət quran zaman hansısa təhlükəli bir xəstəliyə yoluxa biləcəyimizin fərqinə isə varmırıq. Taksofonların dezinfeksiya olunub-olunmadığını öyrənmək üçün Respublika Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədovla əlaqə saxladıq. A.Məmmədov Modern.az-a bildirib ki, avtomat telefonlar dezinfeksiya edilmir: “Avtomat telefonların məxsus olduğu qurum-Avtomat Telefonlar Qovşağı bizimlə müqavilə imzalamalıdır. Onlar bu barədə bizə heç bir təklif verməyiblər. Biz pullu xidmət göstəririk. Əgər bizə müraciət etsələr, taksafonlar bizim mərkəz tərfindən dezinfeksiya olunar”.

Professor Adil Qeybulla dezinfeksiya olunmayan taksofonlardan istifadə edən insanların  təhlükəli xəstəliklərə yoluxa biləcəyini deyir: “Bu, birbaşa kontaktla keçir. Nəticədə isə dəri-zöhrəbi və digər qorxulu viruslara yoluxma ehtimalı yarana bilər. Əgər xəstədə açıq vərəm varsa, virus hava-damcı yolu ilə bu telefonlardan istifadə edən şəxsə keçə bilər. Xarici ölkələrdə sanitar-emidemoloji tədbirlər avtomat telefonlarda da aparılır”.

Professor insanlara ehtiyatlı olmağı məsləhət görür: “İctimai nəqliyyatda və bu cür yerlərdə insanlar xəstəliklərdən sığortalanmayıb. Taksafonlar gün ərzində ancaq axşam dezinfeksiya edə bilərlər. Gündə  bir neçə dəfə onları dezinfeksiya etmək mümkün deyil. Çünki bir xəstə adam o telefonla danışıbsa və onda yoluxucu xəstəlik varsa, bu, müəyyən risk yarada bilər. Buna görə də insanlar özləri ehtiyatlı olmalıdırlar. Yəni ictimai yerlərdə olarkən əllərini tez-tez yumalı, telefonla danışarkən dəstəyi ağıza birbaşa tutmamalı və qoruyucu maskalardan istifadə etməlidirlər”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi