Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasovun səhhəti yaxşı deyil.
Bu haqda Modern.az-a F. Abbasovun atası Malik Abbasov bildirib.
O bildirib ki, Fuad Abbasovun indi həyəcanlı vaxtıdır.
“Səhhəti hələ o qədər də yaxşı deyil. Hazırda özünü pis hiss edir. Bakıya məcbur göndərdilər Fuadı. Əgər Bakıda iş verilsə, Fuad burda yaşayacaq.
Orada evini də əlindən aldılar. Fuad 3-4 gün ərzində mətbuata geniş məlumat verəcək”.
Qeyd edək ki, jurnalist F. Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb.
Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb.
Mayın 25-də axşam saatlarında jurnalist Rusiyadan Azərbaycana deportasiya edilib.
Nuranə DAXİLQIZI