Modern.az

Məşhurların övladları: Murad Dadaşovun oğlanları - FOTO

Məşhurların övladları: Murad Dadaşovun oğlanları - FOTO

Reportaj

30 İyun 2019, 10:33

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 

 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

 

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... 

 

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

 

Budəfəki təqdimatımız tanınmış şoumen, teleaparıcı, prodüser, aktyor, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun (ŞHK) üzvü, “M Group Production” şirkətinin rəhbəri, Xalq artisti Murad Dadaşovun  oğlanları barəsindədir...

 
41 yaşlı Murad Dadaşov 21 dekabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1985-1995-ci illərdə Bakı şəhəri 160 saylı tam orta məktəbdə oxuyub. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində təhsil alıb, ixtisasca psixoloqdur.


Onun “Bakılı oğlanlar” ŞHK ilə tanışlığı oxuduğu məktəbdən başlayıb və bununla da 1993-cü ilin dekabrında peşəkar səhnəyə gəlib.

2000-ci ildə isə “Bakılı oğlanlar” komandası “20-ci əsrin çempionları” tituluna sahib olanda şən və hazırcavab çempionlardan biri də Murad Dadaşov idi.


Televiziyada ilk fəaliyyətinə 90-cı illərin ortalarında Azərbaycan Televiziyasında başlayıb. Burada “Bakılı oğlanlar” ŞHK-ın digər üzvü Cabir İmanov ilə bərabər “Bir Cənub şəhərində” adlı layihə hazırlayıb.

90-cı illərin sonlarında isə “Space” televiziyasında “Road Master” adlı layihənin aparıcısı olub.

2002-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına kimi ANS Müstəqil Yayım və Media Şirkətində baş prodüser vəzifəsində işləyib. Eyni zamanda, həmin dövrdə bu kanalda yayımlanan “Yeriniz məlum” adlı gündəlik şou proqramın müəllif və aparıcısı olub.

2003-cü il fevralın 7-də MGP (M Group Production) şirkətini təsis edib. 

2003-cü ildə “Lider” telekanalında MGP şirkətinin ilk layihəsi olan “Mərc şou”, 2005-ci ildə isə həmin telekanalda “Maşın” realiti şousu efirə gedib. 
2008-2010-cu illərdə Lider televiziyasında baş prodüser vəzifəsində çalışıb.

2010-cu ildən bu günə qədər MGP (M Group Production) şirkətinin rəhbəridir.

Murad Dadaşov son illər müasir teleməkanda yayımlanan bir çox layihələrdə peşəkar ekspert və münsif qismində iştirak edir.

2014-cü il 18 dekabr tarixində “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə” Murad Dadaşova Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı verilib.  2018-ci ildə isə Xalq artisti adına layiq görülüb.


Mirad Dadaşovun Kamal, Əli, Ziya adlı üç övladı var.

Böyük oğlu Kamal 18 yaşın içindədidr. Ortancıl oğlu Əlinin 15, kiçik oğlu Ziyanın 8 yaşı var.

Murad Dadaşovun oğlanları ilə yeni fotosunu təqdim edirik.





A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?