Modern.az

“Rektor Elçin Babayev hər daşın altına əlini qoyur...”  

“Rektor Elçin Babayev hər daşın altına əlini qoyur...”  

Təhsil

30 İyun 2019, 13:51

“Dünən, 29 iyunda “Baku Crystal Hall” Bakı Dövlət Universitetinin məzun günü təşkil edilmişdi. 100 yaşını qeyd edən ölkənin ilk universitetinin bu əlamətdar günündə iştirak etmək qürur vericidir”.

Modern.az-ın məlumatına görə, bunu təhsil eksperti Kamran Əsədov məzun günü ilə bağlı təəssüratlarını bölüşərkən bildirib.


K.Əsədov BDU-nun onun üçün məbəd olduğunu dilə gətirib:

“Özümü həmişə BDU-nun bir hissəsi hesab etmişəm. Dünənki tədbir 15 il ardıcıl izlədiyim məzun günlərindən tamamilə fərqli idi. Ən əsas tələbələrin rahatlığı, məzun gününün unudulmaz olması üçün universitetinin rəhbərliyi bütün imkanlarını səfərbər etmişdi. Tələbələr tədbirdə təşkilati məsələlərin həllində əmr verən, göstəriş verən və kənardan baxan rektor yox, özü bilavasitə hər daşın altına əlini qoyan, sadə, səmimi rektor gördülər. 


Məzun günü iki hissədən ibarət idi. Rəsmi və bədii. Bu olduqca müsbət bir addımdır. Çünki tələbələr rəsmilərin yanında rahat özəl günlərini qeyd edə bilməzlər. 


Tədbirdə Təhsil Naziri Ceyhun Bayramov,Bakı Dövlət Universitinin rektoru Elçin Babayev,müəllim heyəti və digər qonaqlar iştirak etdirdilər. 


Təşkilatçılıq tam qüsursuz, yüksək səviyyədə təşkil olunmuşdu. Hətta qonaqlara yaxınlaşıb su və ya digər bir istəyin olub olmaması soruşulurdu. Yəni çox həssas yanaşılırdı hər şeyə.


Təhsil Naziri Ceyhun Bayramov qeyd etdi ki, 2019-cu ildə BDU-nu 4803 nəfər məzun bitirir.


Rəsmi hissə təhsil müddətində fərqlənən məzunların mükafatlandırılması mərasimi ilə başa çatdı”.

 

Onun sözlərinə görə, tədbir zamanı Bakı Dövlət Universitinin rektoru Elçin Babayev hər bir qonağa şəxsən, xüsusi diqqətlə yanaşıb:

“Bir icra başçısı 2-ci sırada, kənarda oturmuşdu, tədbirin gedişində bunu görən rektor özü gedib onu başqa bir yerdə əyləşdirdi.


Təltif olunma zamanı tələbələrə olduqca isti, səmimi münasibət göstərdi. 


Rəsmi hissə bitəndən sonra biz tədbirin başa çatdığını düşünüb çıxdıq. 


Sən demə tələbələr üçün məzun günü ondan sonra başlayıb. Gecə saatlarına qədər davam edən, məşhurların iştirakı ilə konsert proqramı təqdim olunub. 


Məzun olan tələbələrə xüsusi günlərini qeyd etmək üçün bütün şərait yaradılıb. 


Yüksək səviyyədə təşkil olunan məzun günü və qonaqpərvərliyə görə Bakı Dövlət Universitinin rektoru Elçin Babayevə təşəkkür edirəm və ona universitetin fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, gözəl başlanğıc inkişaf edən xətt üzrə də davam edəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi