Modern.az

Orxan Mansurzadə Vətən uğrunda medalı ilə təltif edilib

Orxan Mansurzadə “Vətən uğrunda” medalı ilə təltif edilib

Media

30 İyun 2019, 19:00

Azərbaycanda Polis Günü (2 iyul) ərəfəsində ölkə Prezidentinin sərəncamı ilə Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə təltif ediliblər.

Modern.az xəbər verir ki, onlar arasında həmkarımız - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə də var.

O.Mansurzadə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Xatırladaq ki, O. Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. O, DİN-in mətbuat xidmətində müxtəlif vəzifələrdə çalışıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir