Modern.az

Prezident Dövlət Gömrük Komitəsinin Akademiyasını təsis edib

Prezident Dövlət Gömrük Komitəsinin Akademiyasını təsis edib

Aktual

24 Yanvar 2012, 22:06

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin Tədris mərkəzinin bazasında xüsusi təyinatlı ali təhsil müəssisəsi - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi qərara alınıb. Nazirlər Kabinetinə Akademiyanın təsis edilməsi ilə əlaqədar Prezidentin aktlarında dəyişikliklər edilməsi barədə təkliflərini üç ay müddətində hazırlamaq və Prezidentə təqdim etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Modrn.az
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı