Modern.az

Maşın bazarında qiymətlər artıb, azalıb?

Maşın bazarında qiymətlər artıb, azalıb?

2 İyul 2019, 17:42

Dünyanın bir çox yerlərində olduğu ki, Azərbaycanda da avtomobillərin sayı hər gün artır. İlin əvvəlində ölkəyə idxal olunan avtomobillərə tətbiq olunan gömrük rüsumunun artırılmasından sonra bazarda müəyyən qədər durğunluq müşahidə olunurdu. Bəs hazırda avtomobil bazarında vəziyyət necədir?

Məsələ ilə bağlı Modern.az-a danışan ekspert Ramil Osmanlı bildirib ki, avtomobil bazarında qiymətlərin müəyyən qədər artmımı müşahidə olunur.

“Qiymət artımlarının əsas səbəblərindən biri mövsümlə əlaqədar olaraq bazarda təklifin azalmasıdır. Belə ki, əvvəlki dövrlərdə avtomobili satmaq fikrində olan insanlar mövsümlə əlaqədar olaraq maşınları bazardan çıxarırlar. Bu səbəbdən yay mövsümündə təklif portfelinin xeyli məhdurlaşdırılması prosesi baş verir. Bütün bunlar da bazarda qiymətlərin artmasına səbəb olur. Bu da qısa müddətli bir dövrü əhatə edən prosesdi. Sentyabr ayına qədər qiymətlərin artımı müşahidə olunacaq, sentyabrdan qiymətlər yenidən stabilləşəcək”.

 

Ekspert deyib ki, gömrük rüsumunun artımının qiymətlərə təsiri psixoloji amillərlə bağlı idi.

“Bazarda gömrük rüsumunun artımından sonra bahalaşma o qədər də çox müşahidə olunmur. Gömrük rüsumunun artması daha çox  ölkəyə idxal olunan mühərrik həcmi böyük avtomobillərə təsir etdi. Həmin avtomobillərin idxal həcmi olduqca azalıb. Amma ümumilikdə istər gömrük, istərsə də vergi siyasətində aparılan islahatlar bütövlükdə avtomobil bazarında qiymət artımına təsir göstərir, idxalı məhdurlaşdırır. İdxalın məhdudlaşdırılması təklifin azalmasına gətirib çıxarır. Bu da öz növbəsində qiymət artımına səbəb olur. Proseslər demək olar ki, bir-biri ilə bağlıdır.

 

Ramil Osmanlı bildirib ki, yerli yerli istehsal hələlik bazarda tələbatın heç 5 faizini ödəmək iqtidarında deyil.

“Bu mənada istehsalın qiymətə hər hansı təsiri yoxdu. Gələcəkdə əgər yerli istehsalın həcmi heç olmasa 15-20 faiz həddinə gəlib çatarsa, hesab edirəm ki, ucuz avtomobillər üzrə rəqabətin olmasını müşahidə edə bilərik. Amma hazırkı  dövrdə yerli istehsalın bazara təsirindən danışmaq tezdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!