Modern.az

Tanınmış aparıcı AzTV-yə gəldi

Tanınmış aparıcı AzTV-yə gəldi

Media

3 İyul 2019, 03:29

AzTV daha bir məşhur simanı öz ekranlarına qaytarıb.

 
Modern.az “BakuPost”a istinadən xəbər verir ki tanınmış teleaparıcı Həsən Əliyev bundan sonra AZTV-də fəaliyyət göstərəcək.

 

"Space” TV-nin məşhur layihəsi "Tək səbir”in yaradıcısı olan aparıcı bir neçə ildir, efirlərdən uzaq düşmüşdü.

 

Uzun fasilədən sonra televiziyaya qayıdan aparıcı uşaqlarla bağlı layihələrlə yeni sezondan AzTV-inin efirində olacaq.

 

Məlumatı AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən təsdiqləyiblər.

 

Onu da bildirək ki, kanalda rəhbər dəyişikliyi baş verəndən sonra ciddi kadr islahatları başlayıb, peşəkarlarla yanaşı, yeni, gənc kadrlar kanala dəvət edilir, layihələr yenilənir.

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!