Modern.az

“Azərişıq” Bakı Nəqliyyat Agentliyinin ittihamlarını rədd etdi - MÜBAHİSƏ

“Azərişıq” Bakı Nəqliyyat Agentliyinin ittihamlarını rədd etdi - MÜBAHİSƏ

İqtisadiyyat

3 İyul 2019, 11:44

Bakı Nəqliyyat Agentliyi bir neçə gündür məlumat yayaraq, paytaxtın bəzi ərazilərində elektrik enejisinin verilişində yaranan fasilələrlə əlaqədar svetaforların işləmədiyini bildirir. Bu gün yayılan məlumatda isə Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində svetoforların işləmədiyi qeyd olunub.

 

Fasilənin iyunun 29-da saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində yaranan nasazlıqla əlaqələndirilir.

Məsələ ilə bağlı “Azərenerji” ASC-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu il 29 iyun tarixində saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib. Lakin son zamanlar enerji sistemdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınıb. Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb”.

 

“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev də öz növbəsində Modern.az-a elektrik enerjisi təchizatında fasilə yaranmadığını deyib:


“Bakının 12 rayonun ərazisinin heç birində elektrik təchizatında problem yoxdur. Bütün istehlakçılar elektrik enerjisilə tam təmin olunurlar”.


Qurum rəsmisi qeyd edib ki, svetaforların işləməməsi Bakı Nəqliyyat Agentliyinin daxili problemindən qaynaqlana bilər:


“Bunun da səbəbini biz deyə bilmərik. Bizim verə biləcəyimiz açıqlama budur ki, “Azərişıq” tərəfindən elektrik enerjisi verilişində heç bir problem yoxdur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir