Modern.az

Veteran zabit güc nazirlərinə MÜRACİƏT ETDİ

Veteran zabit güc nazirlərinə MÜRACİƏT ETDİ

3 İyul 2019, 15:32

Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan zabit Abuzər Əbilov Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə,  Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.


Modern.az-ın məlumatına görə, veteran zabit bir sıra kirli işlərdə hərbi geyimlərdən istifadə olunmasının qarşısının alınmasını xahiş edib.


“Hörmətli nazirlər. Son günlər Azərbaycan Hərb Tarixinin dəyişməz atributu olan hərbi formaların müxtəlif insanlar tərəfindən tikintilərdə, avtotəmir yerlərində, məişət işlərində və bir sıra kirli obyektlərdə geyinilməsi cəmiyyətdə, xüsusən də Azərbaycan Ordusunun yaranmasında, savaşlarda iştirak etmiş insanlarda qıcıq yaradır. Xalqın və millətin qürur yeri, atributu olan hərbi formaların bu cür təhqir olunmasının qarşısını almağı sizlərdən xahiş edirik. Bizlər o formanı evimizdə olan ən bahalı və keyfiyyətli kostyumlardan üstün tutaraq sevgi ilə geyirinik. Bu forma vətənpərvər insanlar və qazilər tərəfindən şərəflə və səliqəli daşınır. Lakin müxtəlif işlərdə bu formaları kirli və cırıq halda geyinən insanlar gördükdə qəlbimiz ağrıyır. Bu formalarda Azərbaycan Ordusunun qanla yazılmış tarixi var. İnanmıram hansısa iş görən insan forma olmadıqda başqa geyim tapa bilməsin. Tabeliyinizdə olan əməkdaşlara bu kimi halların aradan qaldırılması üçün sərəncam vermənizi xahiş edirəm”,- veteran zabit bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?