Modern.az

Gürcü müxalifəti Saakaşvilinin ad günündə etiraz edir

Gürcü müxalifəti Saakaşvilinin ad günündə etiraz edir

Dünya

21 Dekabr 2009, 17:02

Dekabrın 21-də Gürcüstan prezidenti Mixail Saakaşvilin doğum günüdür. Modern.az-ın Gürücstan KİV-ə istinadən yaydığı məlumata görə, Kutaisi faciəsinin  təsiri altında olan gürcü müxalifəti bu gün   prezident  Saakaşvilinin ad gününü  paytaxtın Avlabar meydanındakı iqamətgahı qarşısında etiraz aksiyası ilə qeyd edib. “Bizim Hüquqlar Uğrunda”  koalisiyanın rəhbəri David Liluaşvilinin sözlərinə görə, onlar bununla Saakaşvilinin siyasətinə etiraz edirlər. Müxalifət lideri qeyd edib ki, iki gün əvvəl Kutaisdə iki insanın ölümü ilə nəticələnmiş hadisə  də prezidentin  şıltaqlığının nəticəsidir. “Biz bir daha gürcü cəmiyyətinə xatırladırıq ki, prezident Saakaşvilini gürcü insanının taleyi maraqlandırmır və bu ölkədə baş verənlər onun şıltaqlıqlarının təmin olunmasına xidmət edir”- deyə Liluaşvili bildirib. Aksiyada müxalifətdə olan gənclər təşkilatlarının üzvləri də iştirak edib.

 

Gürücstan parlamentinin üzvü Qiya Saqerişvli Kutaisi faciəsində prezidenti ittiham edib. Onun sözlərinə görə, cəmiyyət öz etiraz  səsini ucaltmalı və sökülən abidənin yerində prezidentin təklif etdyi parlament binasının inşasına yol verməməlidir. “Bu abidə faşizm üzərində qələbə abidəsi olub.  Дəhşətli faciə baş verib. Prezidentin ağılsız təklifinin qurbanı körpə olub”.

Parlamentin üzvü Condi Boqaturiya hesab edir ki, abidəni yalnız faşistlər və ya neo-faşistlər dağıda bilərdilər. Onun sözlərinə görə, abidə faşizmlə mübarizədə həlak olmuş gürcülərin xatirəsinə qoyulub. O qeyd edib ki, Gürcüstanda keçmişə, abidələrə və məzarlıqlara qarşı utandırıcı mübarizə gedir. Boqaturiya baş vermiş faciədə məsuliyyətin hakimiyyətin üzərinə düşdüyünü deyib.

Qeyd edək ki, “Şöhrət” abidəsinin demontajını həyata keçirən özəl şirkətin rəhbəri Avtandil Darsavelidze barədə 2 aylıq ilkin cəza tədbiri seçlib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı