Modern.az

2019-cu ildə Gürcüstana axın edən azərbaycanlılar...

2019-cu ildə Gürcüstana axın edən azərbaycanlılar...

4 İyul 2019, 09:18

2019-cu ilin yanvar-iyun aylarında Gürcüstanı 622,8 min Azərbaycan vətəndaşı ziyarət edib.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Turizm Administrasiyası bildirib.

 

Bu göstərici ilə Azərbaycan ikinci sırada yer alır. Belə ki, Gürcüstana ən çox səfər edənlər arasında liderlik Rusiyaya məxsusdur. 6 ayda ölkəni 691,6 min rus turist ziyarət edib.

 

Üçüncü pillədə Ermənistan (531 min), 4-cü pillədə Türkiyə (499,6 min) və 5-ci pillədə Ukrayna (82,8 min) yer alıb.

 

 

Ümumilikdə, 6 ayda Gürcüstanı 3 milyon 862 min 40 turist ziyarət edib. Bu ötən illə müqayisədə 8,4% çoxdur. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir