Modern.az

Bakıya yeni hərbi prokuror təyin edilib

Bakıya yeni hərbi prokuror təyin edilib

Hadisə

4 İyul 2019, 10:24

Bakıya yeni hərbi prokuror təyin edilib.

Modern.az xəbər verir ki, Baş prokuror Zakir Qaralov bu təyinatla bağlı müvafiq əmr imzalayıb.

Baş prokurorun 03.07.2019-cu il tarixli əmri ilə ədliyyə polkovniki İlyas Ramiz oğlu Rzayev Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub. Bu yəyinatadək o, Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Bakının bundan əvvəlki hərbi prokuroru İmran Əhmədov Baş prokurorun əmri ilə Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür