Modern.az

Niyə bəzi insanlar öz-özünə danışırlar? - Psixoterapevt səbəbləri ŞƏRH ETDİ

Niyə bəzi insanlar öz-özünə danışırlar? - Psixoterapevt səbəbləri ŞƏRH ETDİ

Mədəni̇yyət

4 İyul 2019, 14:05

Bəzən öz-özünə danışan insanlara rast gəlmək olur. Yolda, sərnişin nəqliyyatında, iş yerində kimlərinsə öz-özünə danışdığını müşahidə edirsən. Bu nə ilə bağlıdır”.

Psixoterapevt  Elmir Əkbər Moder.az saytına deyib ki, hər kəsin zahiri nitqindən əlavə , özünə  xas daxili nitqi də mövcuddur.  Onun sözlərinə görə, insanın öz-özünə danışması daxili nitqin ucadan səsləndirilməsidir.


“Əgər  insan vacib bir məsələ üzrə  qərar qəbul edəcəksə, biz daxili nitqlə danışmağı məsləhət görürük. Tövsiyə edirəm ki,  daxili nitqinizlə ucadan danışın,  görün ki, bu məsələ sizin üçün vacibdir, ya yox. Bu, heç də pis bir hal deyil”.


Elmir Əkbərin sözlərinə görə, bəzən insan yorğun, gərgin bir vaxtda, yaxud da xroniki stresin təsiri altında olanda öz-özünə danışır ki, bu hal kənardan başqalarına qəribə görünür:

“Konsultasiyalarda pasiyentlər söyləyir ki, “bəzən yol getdiyim zaman öz -özümə danışıram” qıraqdan mənə baxıb gülürlər”. Yaxşı olar ki, bu məsələ insanın öz nəzarəti altından çıxmasın. Bunun üçün insan gərək xroniki stresini atsın”


Psixoterapevt əlavə edib ki, belə vəziyyətlərdə xarakter baxımından  insan tipləri  ortaya çıxır.


“Bəzi insanlar var ki, onların daxili aləmləri, zahiri  kontaktlarından daha güclü olur. Çünki onların daxili aləmləri qapalı olduğundan, bəzən elə olur ki, hislərini zahirə verə bilirlər. Bu, əsasən psixoloq və psixoterapevtin işlədiyi insan tipləridir.

Biri də var ki, xalismasiya, yəni eşitmə - bu artıq psixiatrların işlədiyi xəstələrdə müşahidə olunur. Məsələn, şizofreniya kimi xəstələrdə eşitmə xalismasiyaları varsa, qulaqlarına səs gəlir və onunla da danışır. Bəzən də bunu obyektiv şəkildə müşahidə etmək olur ki, bu insan kiminləsə danışır. Bu artıq xəstəlik sayılır”.


Elmir Əkbər deyir ki, öz-özünə danışamaq kimi hallar insanın yaşadığı problemlərlə, həyat tərzi ilə də  birbaşa bağlı olur. İnsan bilmədən danışaraq, sanki özünü o problemdən qurtarmış kimi hiss edir.


Bəs belə halların konkret yaş müddəti varmı?


“Əgər sağlam insandan söhbət gedirsə , burda insanın bioloji yaşı yox, problemin yaşı əsas götürülür. Ancaq şizofreniya kimi xəstələrdə bu hal yetiyetməlik dövründən başlayır” – Elmir Əkbər bildirib.

Öz-özünə danımağı dəlilik də saymaq olar? Müsahibimiz sula belə cavab verib:

“Xeyr, bunun dəliliklə heç bir bağlılığı yoxdur. Sadəcə, beyin yaranmış olduğu situasiyalardan, problemlərdən qurtarmaq üçün insana sanki danışması üçün bir siqnal ötürür”.



Jalə Mehdi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?