Modern.az

Müxalifət qəzetinin baş redaktoru saxlanılıb

Müxalifət qəzetinin baş redaktoru saxlanılıb

25 Yanvar 2012, 13:47

Qazaxıstanda “Baxış” adlı müxalifət qəzetinin baş redaktoru İqor Vinyavski tutulub. Modern.az saytı Rusiya kütləvi informasiya vasitələrinə istinadən bildirir ki, jurnalist hakimiyyəti zorakılıqla devirməkdə ittiham olunur. Amma qəzetdə bununla bağlı hansı materialın, yaxud fikrin çap olunduğu açıqlanmır.

Baş redaktor Vinyavsi Milli Təhlükəsizlik Komitəsinin təcridxanasında saxlanılır. Qəzetin redaksiyasında axtarış aparılıb, kompüterlər və bir sıra sənədlər götürülüb.

Digər məlumata görə, yanvarın 23-də Almatıda “Alqa” müxalifət partiyasının qərargahında və bir neçə fəal funksionerin evində də axtarış aparılıb. Nəticədə bir neçə müxalifətçi, o cümlədən partiyanın lideri Vladimir Kozlov saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı