Modern.az

Mehriban Əliyeva Ayaz Mütəllibovun xanımı ilə bağlı tapşırıq verdi

Mehriban Əliyeva Ayaz Mütəllibovun xanımı ilə bağlı tapşırıq verdi

5 İyul 2019, 14:52

Heydər Əliyev Fondu eks-prezident Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini öz üzərinə götürüb.

Modern.az-ın məlumatına görə, bu barədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tapşırıq verib.


Xatırladaq ki, Ədilə Mütəllibova bu gün vəfat edib.

 
Mərhum Ədilə Mütəllibova 1938-ci ildə Bakıda anadan olub. O, ixtisasca həkim idi.


1992-ci ildə prezident postundan istefa verən Ayaz Mütəllibov həmin ilin may ayından həyat yoldaşı Ədilə Mütəllibova ilə birgə Bakını tərk edərək, Rusiyanın paytaxtı Moskvada yaşayıb.


2012-ci ilin iyul ayında Ayaz Mütəllibov həyat yoldaşı ilə birgə həmişəlik vətənə dönərək Bakıda yaşamağa başlayıb. 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?