Modern.az

İlin sonunadək yeni “E-Azərbaycan” proqramı təsdiqlənə bilər

İlin sonunadək yeni  “E-Azərbaycan” proqramı təsdiqlənə bilər

Ölkə

21 Dekabr 2009, 17:37

Nazirlər Kabinetinin bu ilin sonuna kimi “Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2009-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan) adlı sənədi təsdiq etməsi gözlənilir. Modern.az bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir. Proqram çərçivəsində informasiya mühafizə vasitələrinin hər növü üzrə əsas tələblərin müəyyənləşdirilməsi, bu sahədə milli istehsalçıların inkişafına və “texnopark” üzrə layihələrə dəstək verilməsi, E-hökumət çərçivəsində proqram-texniki vasitələrin uyğunluq və informasiya təhlükəsizliyi tələbləri üzrə sertifikatlaşdırılması işlərinin təşkili, informasiya təhlükəsizliyi sisteminin texniki tapşırıq və texniki-işçi layihəsinin hazırlanması və həyata keçirilməsi, bu sistemlə əlaqədar müvafiq qaydaların hazırlanması, informasiya sistemlərinə mümkün təhdidlərin və informasiyanın texniki sızma kanallarının, adekvat texniki, kriptoqrafik, proqramlı və digər mühafizə vasitələrinin təsnifatlarının hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, e-hökumətin elmi-texniki problemləri üzrə aparıcı elmi-tədqiqat institutunun təyin edilməsi, o cümlədən layihə-ekspertiza mərkəzinin və “IEEE-nin (Institute of Electrical and Electronics Engineers) milli kontakt qrupu”nun (bürosunun), İKT üzrə “Mühafizə və xəbərdar etmə” şəbəkələrin yaradılması, “Dövlət Torpaq kadastrı” sisteminin inkişaf etdirilməsi, üzərində ölkənin müxtəlif sosial-iqtisadi sahələri üzrə məlumat bankının əks etdirilməsi imkanı olan elektron rəqəmli xəritənin hazırlanması və aktuallığının daim təmin edilməsi, “Daşınmaz əmlakın dövlət reyestri”nin informasiya sisteminin inkişaf etdirilməsi, “Daşınan əmlakın dövlət reyestri”nin informasiya sisteminin yaradılması, inkişaf etdirilməsi və aparılmasının təşkil edilməsi proqrama əsasən öndə duran məsələlərdən biridir. Proqram çərçivəsində həmçinin “Giriş-çıxış” AMAS-ın davamlı inkişaf etdirilməsi, o cümlədən e-imza üzrə sertifikat mərkəzinin əhalinin şəxsiyyət vəsiqələrindən biometrik məlumatlar və digər müvafiq rekvizitlər üzrə informasiya təminatının təşkili, zəruri proqram-texniki vasitələrin yaradılması, pasport və şəxsiyyət vəsiqələrinin verilməsində, yaşayış və olduğu yer üzrə qeydiyyatların aparılmasında, miqrasiya üzrə tənzimləmə və nəzarət işlərində, şəxsin identifikasiyası aparılan siyahıyaalma, səsvermə və digər sosial-iqtisadi sahələrdə (səhiyyə, təhsil, sosial təminat, əmlak, vergi, nəqliyyat, rabitə və s.) e-xidmətlərin genişləndirilməsi və digər məsələlərin həlli planlaşdırılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır