Modern.az

6 ayda itirdiyimiz 6 MƏŞHUR

6 ayda itirdiyimiz 6 MƏŞHUR…

6 İyul 2019, 15:27

2019-cu ili demək olar ki, yarılamışıq. Keçən 6 ay Azərbaycanın bir qrup tanınmış ictimai-siyasi xadimi, sənət adamı əbədiyyətə qovuşdu. Həm yaxınları, həm də sevənləri onlarla vidalaşdı.

 

Modern.az  2019-cu ilin son altı ayında ölən 6 Azərbaycan məşhurunu sizə təqdim edir.

 

Aydın Xırdalanlı (1977) - Azərbaycan meyxanaçısı, şair, qəzəlxan. A.Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olan meyxanaçı ağciyərində güclü soyuqdəymə səbəbilə martın 23-ü filmə baxarkən dünyasını dəyişib. Meyxanaçının ömrünün son aylarında depressiyada olduğu deyilir.

 

Məleykə Ağazadə (1924) – Nazik kimi tanınan “Ulduz” filminin sevimli personajlarından olan aktrisa Bakıda dünyaya göz açıb. Adıçəkilən filmdə söylədiyi ifadələr indi də dillər əzbəridir. Məleykə Ağazadə 24 aprel 95yaşında şəkər xəstəliyindən vəfat edib.

 

Natəvan Hacıyeva (1942) - Televiziya aparıcısı, Azərbaycan Respublikasının əməkdar artisti  bir neçə ay sürən xərçəng xəstəliyi səbəbindın 1 may Bakıda vəfat edib.

 

Arif Məlikov (1933) - Azərbaycan bəstəkarı və rəssamı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikasının Xalq Artisti , professor , SSRİ Xalq Artisti , Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həqiqi üzvü uzun sürən xəstəlikdən sonra may 9-da evində dünyasını dəyişib.

 

Şirməmməd Hüseynov (1924) - Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin professoru 24 iyun Bakıda dünyasını dəyişib. M.Ə.Rəsulzadə irsinin öyrənilməsində əvəzsiz xidmətləri olan Şirməmməd Hüseynov İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

 

İbrahim Emin (1963) - Bəstəkar və rok ifaçısı, “Yuxu” və “Sirr” qruplarının yaradıcısı İbrahim Emin 2 iyul doğulduğu Sumqayıt şəhərində dünyasını dəyişib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər