Modern.az

Bu gün evdə meyiti tapılan İkinci Mahmudun YAZISI - Sanki öləcəyini bilirmiş...

Bu gün evdə meyiti tapılan İkinci Mahmudun YAZISI - Sanki öləcəyini bilirmiş...

6 İyul 2019, 18:54

"Həyatımızı axmaq - axmaq şeylərə sərf edirik. Ömrümüz kontur kimi sürətlə tükənməkdə; 20 yaş, 30 yaş, 40 yaş, 50 yaş....Nə qədər qalıb görəsən?
Səni xoşbəxt edən şeyləri ertələmə! indi et, sabah yox, birazdan yox, məhz indi. Bax, lap bu dəqiqə.
Sonraya saxlama, "sonra" yoxdur. Sabah yoxdur. Uyğun vaxt yoxdur. Münasib şərait yoxdur. Pul həmişə az olacaq. Dondurma yemək üçün yayı gözləmə. Öpüşmək üçün sakit yer axtarma. "Səni sevirəm” demək üçün ad günü, tanışlıq ildönümü gözləmə. 
Qucaqlamaq üçün soyuq havanı gözləmə.
Sevdiklərinlə vaxt keçir.
Sevincini də içdən yaşa, kədərini də.
Xoşun gələn qız var? Aç bu dəqiqə mesaj yaz. Olduğu kimi yaz, uydurma. Dastan açma. Hiss etdiyini yaz. Ürəkli ol, sabaha saxlama. 
Darıxdığın adam var? Eqonu at kənara, yaz ki darıxmışam. 
Anla birdəfəlik; ikinci şans olmayacaq".


İkinci Mahmud

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir