Modern.az

Bakıda nazirliyin mətbuat katibinə edilən kuryoz zəng onu ŞOKA SALDI

Bakıda nazirliyin mətbuat katibinə edilən kuryoz zəng onu ŞOKA SALDI

Media

7 İyul 2019, 13:08

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazıl Talıbov bazar günü ona edilən “jurnalist zəngi”dən şoka düşüb.

Modern.az xəbər verir ki, məlumatı Fazil Talıbov sosial şəbəkədə ictimailəşdirib. Mətbuat katibi biabırçı hadisəni aşağıdakı kimi təsvir edib:

“Bazar günü zəngi:
- Salam. Sizi ... saytdan ... xanım narahat edir.
- Buyurun, ... xanım.
- Sizin Nazirliyin tərkibində yeni yaradılan konservatoriyanın işinə tanınmış bəstəkarlar cəlb ediləcək?
- Bəli, əlbəttə. Nəinki bəstəkarlar, hətta palatka toylarında oxuyan tanınmış müğənniləri də cəlb eləmək fikrindəyik.
- Fazil bəy, zarafat edirsiz?
- Xeyr, zarafatı siz etmisiz. Jurnalistikaya gəlməyinizlə”.

Belə məlum olur ki, Fazil Talıbovun adını çəkmək istəmədiyi saytın naməlum xanım əməkdaşı Nazirliyin tabeliyində yaradılan yeni qurumun adındakı observatoriya sözünü konservatoriya kimi anlayıb.

Xatırladaq ki, ölkə başçısının 4 iyul 2019-cu il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” yaradılıb.

Yeni qurum əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan publik hüquqi şəxs olacaq.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir