Modern.az

PKK terror təşkilatının rəhbəri zərərsizləşdirildi

PKK terror təşkilatının rəhbəri zərərsizləşdirildi

Dünya

7 İyul 2019, 20:18

Türkiyə xüsusi xidmət orqanları və Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində PKK terror təşkilatının rəhbərlərin biri olan “Halmat Diyar” ləqəbli Diyar Qərib Məhəmməd öldürülüb.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, terror təşkilatının 7 nəfərdən ibarət İdarə Heyətinin üzvü olan 46 yaşlı terrorçunun iyunun 27-də Şimali İraqda Qəndil dağındakı Kortek bölgəsində məhv edilib.

Bununla da PKK-nın qərargahının yerləşdiyi Qəndil dağında ilk dəfə terror təşkilatının rəhbərliyində yer alan şəxs öldürülüb.

Qeyd edək ki, Abdulla Öcalanın yaxalanmasından sonra İdarə Heyətinin terror təşkilatının fəaliyyətində rolu artıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!