Modern.az

ABŞ-ın qadın futbolçuları dünya çempionu oldu

ABŞ-ın qadın futbolçuları dünya çempionu oldu

7 İyul 2019, 23:43

ABŞ yığması qadınlar arasında futbol üzrə dünya çempionatında qızıl medal qazanıb.

Modern.az xəbər verir ki, finalda ABŞ futbolçuları hollandiyalı rəqiblərini 2:0 hesabı ilə məğlub ediblər.

Meqan Rapino və Rouz Levl ABŞ-ı çempion edən qollara imza atıblar.

İsveç yığması isə turnirdə bürünc qazanıb.

Qeyd edək ki, Qadınlar arasında futbol üzrə dünya çempionatı dörd ildən bir keçirilir. Turnir iki dəfə Çin və ABŞ-da, habelə İsveç, Almaniya, Kanada və Fransada təşkil edilib. ABŞ komandası ən titullu yığma və hazırkı çempiondur, onun hesabında üç qələbə var. Almaniya futbolçuları iki dəfə, norveçli və yapon qadınlar isə hərəyə bir dəfə dünya birinciliyinin mükafatına sahib olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi