Modern.az

Prezident andiçmə mərasimində səhvə yol verdi

Prezident andiçmə mərasimində səhvə yol verdi

Dünya

8 İyul 2019, 12:45

Latviyanın yeni prezidenti Eqil Levits andiçmə mərasimi zamanı səhvə yol verdiyi üçün andını ikinci dəfə təkrarlamalı olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sonda “tam anlayışla” sözünü “vicdanımla” sözü ilə səhv saldığı üçün seym spikeri ondan andını yenidən oxumağı xahiş edib.

Təkrar and içdikdən sonra Eqil Levits rəsmən ölkə başçısı postuna təsdiqlənib. O, korrupsiyanı və kölgə iqtisadiyyatını əsas problemlər sayır.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü