Modern.az

Zelenskidən Putinə MÜRACİƏT: Krımın, Donbasın kimə məxsus olduğunu...”

Zelenskidən Putinə MÜRACİƏT: Krımın, Donbasın kimə məxsus olduğunu...”

8 İyul 2019, 14:32

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə videomüraciət ünvanlayıb.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Zelenski Minsk şəhərində ABŞ, Rusiya, Böyük Britaniya, Ukrayna, Fransanın iştirakı ilə görüş keçirməyi təklif edib.


“Danışmaq lazımdır? Lazımdır. Gəlin, Krımın kimə məxsus olmasını və Donbasda olub-olmayanları müzakirə edək”-deyə Zelenskinin müraciətində deyilir.

 

Ukrayna lideri Donald Trampı, Tereza Meyi, Angela Merkeli və Emmanuel Makronu danışıqlarda əsas vasitəçi adlandırıb.

 

Artıq Kreml bu təklifə reaksiya verib. Belə ki, Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov tamamilə yeni formatın formalaşması üçün məsləhətləşmələr aparəlacağını elan edib.  

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir