Modern.az

Azərbaycanda cinayət törədən məşhurların övladları - SİYAHI

Azərbaycanda cinayət törədən məşhurların övladları - SİYAHI

26 Yanvar 2012, 14:24

Dünyanın hər yerində məşhur insanların, tanınmışların özəl həyatı, onlarla bağlı bütün məlumatlar cəmiyyətin maraq dairəsində olur. O cümlədən də Azərbaycanda.

Tanınmışların təkcə özləri deyil, onların ailə üzvləri, yaxınları da diqqət mərkəzinə düşür. Bu səbəbdə də daim ictimai kəsimin diqqətində olan kəslər hərəkətlərində, davranışlarında daha çox məsuliyyətli olmağa çalışırlar. Amma bu, həmişə belə olmur.
Belə demək mümkündürsə, tanınmışların həyat yoldaşları, övladları, bacı-qardaşları  olmaq, elə məşhur olmaq qədər məsuliyyətlidir. Çünki onların da atdıqları hər hansı bir səhv addım geniş kütlənin marağına səbəb ola bilir. Azərbaycanda  xeyli tanınmış sima var ki, onların övladlarının, digər yaxınlarının səhv addımları bu şəxsləri gündəmə gətirib, adlarının tez-tez mətbuat səhifələrində hallanmasına səbəb olub. Məsələn, bəzi tanınmışların övladlarının cinayət məsuliyyətinə cəlb edilməsi onların reputasiyasına ciddi zərbə vurub, adlarına xələl gətirib.

Modern.az saytı Azərbaycanda son illər hansı tanınmış simaların reputasiyasına zərbə dəydiyini araşdırmağa çalışıb. Yəni kimlərin övladları və ya digər yaxınları cinayət məsuliyyətinə cəlb olunub?

Beləliklə, siyahı çox uzundur, hələlik onun bir hissəsini dərc edirik:

1. Azərbaycanın Xalq artisti Aygün Kazımovanın tikinti işləri ilə məşğul olan və vətəndaşlara külli miqdarda ziyan vuran qardaşı Kazım Kazımov lap bu yaxınlarda tutulub. O bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətdib. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə həbs olunub.

2. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov. Soyğunçuluqda günahlandırılan E.Rəhmanov 2005-cı ildə "Azəri-star" mahnı müsabiqəsinin iştirakçısı olub. 2008-ci ilin yanvarında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi başlanılıb. Aktyorun oğlu 6 il həbs cəzası alıb. Həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib.

3. Məşhur aktyor, Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev təxminən 12 il öncə qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq 14 il müddətinə həbs cəzası almışdı. 11 illik həbsxana həyatından sonra əhv olunan F.Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. Xəstəliyi ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Fərid Quliyev bu yaxınlarda, 17.01.2012 tarixində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

4. Məşhur müğənni, Xalq artisti, “Primadonna” titullu İlhamə Quliyevanın oğlu Orxan Nadirov bir neçə il öncə Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Orxan Nadirov 11 ay həbs cəzası alıb, amma onu məhkəmə zalından azadlığa buraxıblar.

5. Tanınmış müğənni Rəqsanə İsmayılovanın bacısı Ellada İsmayılova və anası Adilə Həsənova 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə təqsirləındirilən şəxslər qismində məsuliyyətə cəlb olunub. E.İsmayılova Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, gizlədilməsi, verilməsi), A.Həsənova isə CM-nin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil və ya cinayətkar təşkilat tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Ellada İsmayılovanın 2 il müddətinə azadlıqdan məhrum edilməsinə baxmayarq, anası A.Həsənova 1 il sınaq müddəti olmaqla şərti cəza alıb.

6. Xalq artisti Təranə Muradovanın bacısı Nailə Paşayeva dəfələrlə müxtəlif cinayətlərə görə həbs olunub. İlk dəfə 13 yaşında həbs olunan N.Paşayeva 20 yaşında azadlığa çıxsa da, yenidən oğurluq səbəbi ilə həbs olunub. 2008-ci ilin 20 aprelində 6 il müddətində azadlıqdan məhrum etmə cəzası ilə yenidən cəzaçəkmə müəssisəsinə göndərilib. Sonuncu dəfə isə narkotik üstündə həbs olunaraq 4 il 6 ay müddətində azadlıqdan məhrum edilibmiş N.Paşayeva bir neçə gün əvvəl qaraciyər serrozundan vəfat edib.

7. Azərbaycanın tanınmış aktrisası, xalq artisti Kübra Əliyevanın oğlu Rauf Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub. Bakıda aptekə basqın etməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, aptekə daxil olan R.Məmmədov orada satıcı işləyən, Elmira Məmmədovaya baş nahiyəsindən yumruqla xəsarət yetirərək, kassa aparatından 505 manat pul aparıb. O, narkotik istifadəçisi olduğunu və quldurluq əməlini də məhz narkotikə olan ehtiyacından törədibmiş.

8. Tanınmış müğənni, Azərbaycanın “Eurovision-2008” təmsilçisi Samir Cavadzadə 2011-ci ildə otaq yoldaşı və dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə cinayət məsuliyyətinə cəlb olunub. Baş vermiş hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və S.Cavadzadə həbs olunub.

9. Tanınmış muğam ifaçısı, “Xalq Ulduzu” musiqi yarışmasının iştirakçısı olmuş Səfa Məmmədov Azərbaycanda külli miqdarda pul oğurluğunda təqsirli bilinərək Suraxanı Rayon Polis İdarəsi tərəfindən məsuliyyətə cəlb olunub. Xatırladaq ki, “Xalq Ulduzu” musiqi yarışmasının iştirakçısı olmuş S.Məmmədov 2011-ci ilin iyul ayında Qaraçuxur qəsəbə sakini İlkin Yusifovun mənzilindən 60 min manat və 20 min dollar oğurlamaqda təqsirləndirilib. 

10. “Elit-star" ləqəbi ilə tanınan müğənni Cəmilənin də adı cinayət əməlində hallanıb. Məlumatlara görə, müğənnini keçmiş qonşusu polisə şikayət edib. Bildirilir ki, Cəmilə tanışı ilə birlikdə yaşadığı Nizami rayonu ərazisində qonşusunun avtomobilini mənimsəyib. Qeyd olunur ki, Cəmilə qonşusunun “CİP” markalı avtomobilini ucuz qiymətə tanışına alıb. Lakin pulun az bir hissəsini ödəyib və yerdə qalan məbləğin ödənməsi üçün müəyyən vaxt istəyib. Həmin şəxs müğənninin etibarına inanaraq avtomobilin altı-satqı sənədinə imza atıb. Lakin xeyli vaxt keçsə də, həmin pulları geri ala bilməyib. Sonra isə məlum olub ki, həmin maşın digər bir şəxsə satılıb. Həmin şikayət əsasında müğənni istintaqa çağırılaraq dindirilib.

11. Tanınmış boksçu, olimpiadanın bürünc medalçısı Vüqar Ələkbərov da kriminal çevrədən yan keçə bilməyib. 2008-ci ildə Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunan idmançı iş adamı, «İnşaatçı-E» MMC-nin təsisçisi Kənan Quliyevdən zor tətbiq etməklə «Toyota» markalı avtomobilini və hədələyərək 10 min dollar tələb etməkdə təqsirləndirilib. İlkin istintaqda irəli sürülən ittihamı qəbul edən Vüqar məhkəmədə dediklərinin doğru olmadığını söyləyib. Belə ki, Ələkbərov Quliyevdən ona olan borcunu istədiyini iddia edib. Beləliklə, məhkəmə V.Ələkbərovu günahsız hesab edərək, məhkəmə zalından azadlığa buraxıb. Ancaq prosesə jurnalistlərin buraxılmaması onu deməyə əsas verir ki, Vüqarın günahsız bilnməsi tanınmış idmançı olmasından və zərərçəkmiş tərəfin iddiasını geri götürməsindən sonra baş tutub. Hər halda bu da bir ehtimaldır.

12. Peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədov kriminal aləmdə «Lotu Quli» kimi tanınan Nadir Səlifovun rəhbrlik etdiyi dəstənin təsiri altında, bir neçə cinayətdə təqsirli bilinib.  Sonradan isə o, bu dəstənin aparıcı simalarından birinə çevrilib. Cinayət Məcəlləsinin bir neçə maddəsiylə qanunsuz silah saxlama, əldəetmə, hədə-qorxu ilə tələbetmədə ittiaham olunan Fariz hazırda həbsxana həyatı yaşayır

13. Qaydasız döyüş üzrə Avropa Çempionatının gümüş mükafatçısı, tanınmış idmançı Azad Məmmədov da kriminala bulaşan idmançılardandır. Qanunsuz silah gəzdirmədə ittiham olunan A.Məmmədov doğulduğu Şəki rayonunda yaxın qohumunun yas mərasimində iştirak edərkən rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Evində aparılan axtarış zamanı bir ədəd «Vinçester» tipli silah, bir ədəd «Tir» tüfəngi və qaz tapançası aşkar edilərək götürülüb. 

14. Azərbaycanın populyar rep ustası Elşad Xose ilk dəfə Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb və üzərindən 0,553 qram heroin götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanıb. İkinci dəfə isə bu yaxınlarda Elşad Xose Cinayət Məcəlləsinin 147-ci (böhtan) madəsi ilə cəzalandırılıb. Belə ki, ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev onu təhqir etdiyi üçün reperi məhkəməyə vermişdi. Məhkəmənin qərarı ilə E.Xose 6 ay müddətinə islah işlərinə cəlb edilib.

15. Məşhur rep ifaçısı Hüseyn Dərya da narkotik istifadəçisi kimi məhkumluq həyatı yaşayıb.  Ötən ilin dekabrında Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı reper H.Dəryanın üzərindən heroin aşkar edilib və o həbs olunub. Q ittiham aktına görə Cinayət Məcəlləsinin (CM) 228.4-cü (qanunsuz olaraq qaz silahı, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə ittiham olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə tanınmış reper Hüseyn Dərya (Muradov) 1 il həbs cəzası alıb.

16. Azərbaycanın keçmiş ədliyyə naziri, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan Südabə Həsənovanın qardaşı oğlu, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğlu Yalçın da həbs olunaraq ailəsinin adını gündəmə gətirib. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2009-cu il 17 aprel tarixli hökmü ilə məhkum edilib. Bu il Prezidentin qərarı ilə əfv olunan Y.Həsənov narkotik vasitə olan “ekstazi”nin Azərbaycana gətirilməsi və dövriyyəsinə görə tutulmuşdu.

17. Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı narkotik madəllərin dövriyyəsində təqsirkar bilinərək həbs cəzası alanlardandı. O, Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunub.

18. Mərhum şair-publisist Nüsrət Kəsəmənlinin oğlu da cinayət törətdiyinə görə, 90-cı illərin sonlarında həbs olunmuşdu.  Araz Kəsəmənli 1998-ci ildə qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirmiş və məhkum olunmuşdu. A.Kəsəmənlinin bu il azadlığa çıxacaı gözlənilir.

19. Tanınmış estrada müğənnisi Nazəninin qardaşı Əlizamin Əliyev 2009-cu ilin iyun ayında həbs edilmişdi. Əlizamin Rəhim oğlu Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirdi. O, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində paytaxtda saxlanılıb. Əməliyyatçılar onun üzərindən 80.341 qram narkotik vasitə olan heroin götürüblər. Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində dindirilən Ə. Əliyev müğənni Nazəninin qardaşı olduğunu və uzun müddətdən bəri narkotik vasitələrin istifadəçisi olduğunu qeyd edib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, saxlama, daşıma və ya satma – külli miqdarda) maddəsi ilə təqsirləndirilib.

20. Müğənni-bəstəkar Elza Seyidcahanın oğlu Ələkbər Qasımov 2007-ci ildə məsuliyyətə cəlb olunmuşdu. Onun haqqında iki cür ittiham var idi. Hərbi hissəni özbaşına tərk etmə və  hərbi hissədə baş vermiş davada iştirakçı olmaq. Bundan başqa, Ə.Qasımov və digərləri hərbi hissəyə övladının yanına gələn valideynin avtomobilini qaçıraraq Bakıya gələrkən Nərimanov rayonu 16-cı polis bölməsi tərəfindən yaxalanmışdılar.

21. Azərbaycanın eks-prezidenti, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibovun 19 yaşlı nəvəsi Mədinə Mütəllibova da törətdiyi hadisə ilə Mütəllibovlar ailəsini dilə-dişə salıb. 2011-ci il sentyabrın 8-də, günorta saatlarında Bakının Suraxanı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi törədən Mədinə xanım Aeroport şossesində idarə etdiyi  "Lexus" markalı avtomobillə yolu keçmək istəyən 3 piyadanı vurub. Hadisə nəticəsində ağır xəsarət alan bir kişi və bir uşaq ölüb, digər yaralı piyada qadın isə xəstəxanaya düşüb.

1992-ci il təvəllüdlü Mədinə Zaur qızı Mütəllibovanın idarə etdiyi 90 XH 042 nömrə nişanlı “Lexus” anasının adına imiş. 19 yaşlı Mədinə Mütəllibova eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibovun qızıdır.

Siyahının ardı olacaq....

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi