Masallı rayonu ərazisində ağır yol qəzası baş verib. Modern.az saytı xəbər verir ki, yük maşınının "Mersedes Vito" markalı mikroavtobusla toqquşması çoxsaylı insan ölümünə səbəb olub.
Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb. 24 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda reanimasiyadadır.
İlkin məlumata görə, ölənlərin 2-si qadın, 3-ü kişi, digər 3-ü isə məktəb yaşlı uşaqdır.