Modern.az

Yollara ölüm saçan yük maşınları... 

Yollara ölüm saçan yük maşınları... 

9 İyul 2019, 14:11

Son zamanlar baş verən yol qəzalarının sayı gündən-günə artmaqdadır. Ağır nəticələrlə yekunlaşan qəzaların çoxu yük maşınlarının iştirak ıilə baş verir. Məsələn, bu gün Masallıda yük maşının mikroavtobusla toqquşması, iyulun 8-də Gəncədə sərnişin avtobusunun aşması, yenə iyulun 8-də Bakıda yük maşınının “Baku Bus” sərnişin avtobusuna çırpılması, iyulun 7-də Lənkəranda yük maşınının minik avtomobilinə çırpılması son bir neçə gündə yül maşınlarının iştirakı ilə baş verən yol qəzalarıdır.

 

Bəs, yük maşınlarının törətdiyi qəzalara əsas səbəblər nədir?

Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Modern.az-a açıqlamasında bildirib ki, yük və sərnişin daşımayla bağlı bütün normativ sənədlər, qanunlar hamsı öz qaydasındadır, amma bunun icrası ilə bağlı çox ciddi problərimiz var.

 

“Yük və sərnişin avtobusları müasir tələblərə cavab verməlidir, təzə olmalıdır, sərnişinlərin icbari sığortası hamısında olmalıdır. Bundan əlavə sürücülərin xüsusi müayinəsi, istirahət və iş rejmi ciddi nəzarətdə saxlanılmalıdır. Hansı ki, bu qanunlar hazırda Azərbaycanda 20-30 % həyata keçirilir. Qanunların işləməməsinə sübut olaraq avtobusların qaraja getməməsini, yük maşınlarının yolların kənarında dayanmasını göstərə bilərik. Biz tez-tez yanacaqdoldurma məntəqələrinin ətrafları, istirahət mərkəzlərinin ətraflarında yol kənarında yük maşınlarının dayandığını görürük. Yəni, sürücülər gəlir istirahət məkanlarında yeyir-içir, səhər tezdən də durub o vəziyyətdə sükan arxasına əyləşirlər. Sürücülərə nəzarət mexanizmi ciddi şəkildə olmalıdır. Çox təəssüflər olsun ki, bizim sürücülərimiz göstərilən “yumşaq münasibət”dən sui-istifadə edirlər”.

 

Elməddin Muradlının sözlərinə görə sürücülərə nəzarətin zəifliyi qanunların işləməməsinə əsas səbəbdir.

 

“Əvvəllər Nəqliyyat Nazirliyinin dövründə “nəqliyyat qoçuları” deyilən şəxslər var idi. Onlar yolda sürücüləri saxlayıb döyürdü, sənədlərini əlindən alırdı, qoyulan rüsumdan dəfələrlə artıq pul tələb edirdi. Onda biraz vəziyyət fərqli idi, düzəlmişdi. İndi isə sürücülərə verilən sərbəstlik və onların bu sərbəstlikdən sui-istifadəsi onu göstərir ki, bizə sərbəstlik yaraşmır. Bizim başımızda gərək mütləq “müsəlman qılıncı” olsun. Çox vaxt da sürücülər gecə sərxoş olur, səhər sükan arxasında oturur və o bədənində hələdə qalan spirtli içkinin təsirindən idarə etdiyi avtomobillə qəzaya düşür. Bir dəfə özüm şahidi oldum ki, səhər saat 7 radələrində boş yolda gedən “Kamaz” markalı yük maşını anidən idarəetməni itirdi və yolun kənarındakı  hasara çırpıldı. Səbəb araşdırıldıqda isə bilindi ki, sürücü anidən sükan arxasında yuxulayıb. Məhz buna görə deyirəm ki, sürücülərin istirahət və iş rejmi ciddi nəzarətdə saxlanmalıdır”.

 

Elməddin Muradlı həmçinin qanunsuz sərnişindaşıma ilə bağlı açıqlama verib.

“Əslində mən qanunsuz sərnişindaşımaya mənfi münasibət göstərə bilmirəm. Dövlətin özünün onu təmin eləməyə gücü çatmırsa bu haqda mənfi rəy bildirməkm olmaz. Belə baxanda, həmin qanunsuz sərnişindaşıma vasitələri də dövlətin “yük”ünü daşıyır. Dövlətin çatdıra bilmədiyi sahəni “qanunsuz sərnişindaşıma” adlandırdığımız insanlar həyata keçirir. Sadəcə olaraq nəzarət mexanizmi ciddi olsa hər şey daha gözəl və qaydasında olar”.

 

Nuranə DAXİLQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?