Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclisə növbəti seçkilər gələn il – 2020-də keçiriləcək. Modern.az-ın məlumatına görə, bunu son günlər Milli Məclisin vaxtından əvvəl buraxılacağı barədə yayılan söz-söhbətə cavab olaraq həm hakimiyyət nümayəndələri, həm də parlament rəsmiləri bildiriblər.
Milli Məclisin ənənəvi olaraq iyunda keçirdiyi növbədənkənar sessiyanı bu il ilk dəfə iyul ayında da davam etdirməsinə gəlincə, qanunverici orqan rəsmi olaraq bununla bağlı belə açıqlama verib:
"Milli Məclisin iyundakı növbədənkənar sessiyasında artıq üç iclas keçirilib. Həmin məsələləri tamamlamaq üçün iyul ayındaki iclaslarda qanun layihələri ikinci və üçüncü oxunuşdan keçirilməlidir. Növbədənkənar sessiyanın növbəti iclaslarının iyulun 9-da və 12-də keçirilməsi nəzərdə tutulur...
Milli Məclisin iyul ayının 15-dək keçiriləcək iclaslarında qeyri-adi bir şey axtarmağın heç bir əsası yoxdur”.
Cəmiyyətdə Milli Məclislə bağlı müzakirələri və marağı nəzərə alaraq, yaxın tarixdə - müstəqillik dönəmində parlamentin üzvləri olmuş deputatların siyahısını diqqətinizə çatdırırıq.
Dünən Birinci çağırış Milli Məclisin deputatlarının SİYAHISINI dərc etmişdik.
Bu gün İkinci çağırış Milli Məclisin üzvləri kimlər olub, onu xatırladacağıq.
İkinci çağırış Milli Məclisə seçkilər 2000-ci ildə keçirilib. Birinci çağırışda olduğu kimi, İkinci çağırışın seçkiləri də həm majoritar (birmandatlı), həm də proporsional (çoxmandatlı) qaydada təşkil olunub. Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 il olduğundan, 2000-ci ildə seçilən deputatlar 2005-ci ilin noyabrınadək parlamentin üzvü olublar.
2000-2005-ci illərdə fəaliyyət göstərmiş 125 nəfərdən ibarət İkinci çağırış Milli Məclisə dörd deputat rəhbərlik edib: Sədr Murtuz Ələsgərov, sədrin birinci müavini Arif Rəhimzadə və müavinlər Ziyafət Əsgərov, Gövhər Baxşəliyeva.
Qeyd edək ki, İkinci çağırış Milli Məclisinə çoxmandatlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının əsas namizədlər siyahısı üzrə deputat seçilmiş İlham Əliyevin Baş nazir təyin edilməsi ilə əlaqaədar Mərkəzi Seçki Komissiyasının 27.10.2003-cü il tarixli 42/349 saylı Qərarı ilə səlahiyyətlərinə xitam verilib.
Bundan başqa, Milli Məclisə 5 noyabr 2000-ci il seçkilərində YAP-ın təqdim etdiyi vahid namizədlər siyahısından çıxmış deputatın yerinə həmin siyahıda adı növbəti gələn Asif İmaməliyev Mərkəzi Seçki Komissiyasının 27 oktyabr 2003-cü il tarixli 42/350 saylı Qərarı ilə Milli Məclisin deputatı kimi təsdiq edilib və ona deputat mandatı verilib
II çağırış parlametin üzvlərinin tam siyahısını təqdim edirik:
Soyadı, adı, atasının adı | Doğum ili | Təhsili | Partiya mənsubiyyəti | Seçildiyi seçki dairəsinin nömrəsi və adı | Hansı seçki sistemi əsasında və tarixdə seçilmişdir |
Talıbov Vasif Yusif oğlu | 1960 | Ali | YAP-ın üzvü | 1 saylı Şərur – Sədərək | Majoritar – 05.11.2000 |
Xudiyev Nizami Mənaf oğlu | 1949 | Ali | YAP-ın üzvü | 2 saylı Şərur – Babək | Majoritar – 05.11.2000 |
Axundzadə Anar Seyran oğlu | 1972 | Ali | YAP-ın üzvü | 3 saylı Naxçıvan | Majoritar – 05.11.2000 |
Əlirzayev Əli Qəmbərəlı oğlu | 1945 | Ali | YAP-ın üzvü | 4 saylı Babək – Şahbuz | Majoritar – 05.11.2000 |
Rəhimzadə Vüqar Gəncəli oğlu | 1967 | Ali | YAP-ın üzvü | 5 saylı Culfa – Ordubad | Majoritar – 05.11.2000 |
Məmmədova Gülçöhrə Nüseyn qızı | 1953 | Ali | YAP-ın üzvü | 6 saylı Yasamal birinci | Majoritar – 05.11.2000 |
Nuriyev Əliməmməd Mali oğlu | 1964 | Ali | AXCP-nin üzvü | 7 saylı Yasamal ikinci | Majoritar – 07.01.2001 |
Əhmədova Gülər Mikayıl qızı | 1965 | Ali | YAP-ın üzvü | 8 saylı Yasamal – Nəsimi | Majoritar – 05.11.2000 |
Səfərli Mais İsmayıl oğlu | 1958 | Ali | AYP-nin üzvü | 9 saylı Xətai birinci | Majoritar – 07.01.2001 |
Ağazadə İqbal Feyruz oğlu | 1968 | Ali | Bitərəf | 10 saylı Xətai ikinci | Majoritar – 07.01.2001 |
Seyidov Səməd İsmayıl oğlu | 1964 | Ali | YAP-ın üzvü | 11 saylı Xətai üçüncü | Majoritar – 05.11.2000 |
Qurbanov Şamil Dünyamalı oğlu | 1930 | Ali | Bitərəf | 12 saylı Nizami | Majoritar – 05.11.2000 |
Təbrizli Sirus Xudadat oğlu | 1942 | Ali | YAP-ın üzvü | 13 saylı Nizami – Xətai | Majoritar – 05.11.2000 |
İbrahimov Nazim Hüseyn oğlu | 1963 | Ali | Bitərəf | 14 saylı Qaradağ | Majoritar – 05.11.2000 |
Musayev Alqış Həsən oğlu | 1969 | Ali | YAP-ın üzvü |
| Majoritar – 05.03.2003 |
Yaqubov Zəlimxan Usub oğlu | 1950 | Ali | Bitərəf | 15 saylı Sabunçu | Majoritar – 05.11.2000 |
Xəlilov Səlahəddin Sədrəddin oğlu | 1952 | Ali | YAP-ın üzvü | 16 saylı Sabunçu – Suraxanı | Majoritar – 05.11.2000 |
Məmmədova Əsmətxanım Bəyəhməd qızı | 1941 | Ali | Bitərəf | 17 saylı Sabunçu – Əzizbəyov | Majoritar – 05.11.2000 |
Əliyev Şaitdin Sərdar oğlu | 1947 | Ali | YAP-ın üzvü | 18 saylı Əzizbəyov | Majoritar – 05.11.2000 |
Məmmədxanov Anar Cəmali oğlu | 1970 | Ali | Bitərəf | 19 saylı Suraxanı birinci | Majoritar – 05.11.2000 |
İbrahimbəyov Maqsud Məmmədibrahim oğlu | 1935 | Ali | Bitərəf | 20 saylı Suraxanı ikinci | Majoritar – 05.11.2000 |
Əsədov Oktay Sabir oğlu | 1955 | Ali | YAP-ın üzvü | 21 saylı Binəqədi birinci | Majoritar – 05.11.2000 |
Mirzəyev Həsən İbrahim oğlu | 1927 | Ali | YAP-ın üzvü | 22 saylı Binəqədi ikinci | Majoritar – 05.11.2000 |
Musayev Madər Ələsgər oğlu | 1947 | Ali | Bitərəf | 23 saylı Binəqədi –Qaradağ | Majoritar – 05.11.2000 |
Novruzov Samur Həsən oğlu | 1938 | Ali | YAP-ın üzvü | 24 saylı Nərimanov birinci | Majoritar – 05.11.2000 |
Abdullayev Vaqif İdris oğlu | 1955 | Ali | YAP-ın üzvü |
| Majoritar – 12.04.2002 |
Allahverdiyev Rafael Xanəli oğlu | 1945 | Ali | YAP-ın üzvü | 25 saylı Nərimanov ikinci | Majoritar – 05.11.2000 |
Şahtaxtinskaya Nairə Əliabbas qızı | 1951 | Ali | Bitərəf | 26 saylı Nəsimi birinci | Majoritar – 05.11.2000 |
Timoşenko Vladimir Vasilyeviç | 1942 | Ali | Bitərəf | 27 saylı Nəsimi ikinci | Majoritar – 05.11.2000 |
Abbasov Əli Məhəmməd oğlu | 1953 | Ali | YAP-ın üzvü | 28 saylı Səbail | Majoritar – 05.11.2000 |
Fəttayev Mirmahmud Mirəli oğlu | 1956 | Ali | AXCP-nin üzvü | 29 saylı Əli Bayramlı–Salyan | Majoritar – 05.11.2000 |
Mirzəyev Mikayıl Şahvələd oğlu | 1947 | Ali | Bitərəf |
| Majoritar – 12.04.2002 |
Ağamalıyev Fəzail Rəhim oğlu | 1947 | Ali | AVP-nin üzvü | 30 saylı Yevlax şəhəri | Majoritar – 05.11.2000 |
Əbdüləzimov Nağı Kərim oğlu | 1936 | Ali | YAP-ın üzvü | 31 saylı Kəpəz (Gəncə) | Majoritar – 05.11.2000 |
Əhmədov Nizami Məmməd oğlu | 1951 | Ali | YAP-ın üzvü |
| Majoritar – 12.04.2002 |
Pənahova Amalya Əliş qızı | 1945 | Ali | YAP-ın üzvü | 32 saylı Nizami (Gəncə) | Majoritar – 05.11.2000 |
Hacıyev Asəf Hacı oğlu | 1951 | Ali | Bitərəf | 33 saylı Kəpəz–Nizami (Gəncə) | Majoritar – 05.11.2000 |
Qəndilov Bəhruz Seyfəddin oğlu | 1958 | Ali | Bitərəf | 34 saylı Tərtər −Yevlax –Ağdaş – Göyçay | Majoritar – 05.11.2000 |
Şərifov Ağakərim Şirəli oğlu | 1949 | Ali | YAP-ın üzvü | 35 saylı Lənkəran şəhər | Majoritar – 05.11.2000 |
Rəcəbli Hadi Musa oğlu | 1947 | Ali | YAP-ın üzvü | 36 saylı Lənkəran kənd | Majoritar – 05.11.2000 |
Mirzəzadə Aydın Böyükkişi oğlu | 1957 | Ali | YAP-ın üzvü | 37 saylı Mingəçevir | Majoritar – 05.11.2000 |
Sadıqov Fikrət Məmməd oğlu | 1940 | Ali | YAP-ın üzvü | 38 saylı Sumqayıt birinci | Majoritar – 07.01.2001 |
Alovlu Xıdır Binnət oğlu | 1939 | Ali | YAP-ın üzvü | 39 saylı Sumqayıt ikinci | Majoritar – 05.11.2000 |
Hüseynli Tofiq Gülmalı oğlu | 1952 | Ali | YAP-ın üzvü | 40 saylı Sumqayıt üçüncü | Majoritar – 05.11.2000 |
Məmmədov Elman Camal oğlu | 1950 | Ali | YAP-ın üzvü | 41 saylı Şuşa – Xocalı –Xocavənd – Tərtər | Majoritar – 05.11.2000 |
Vahabzadə Bəxtiyar Mahmud oğlu | 1925 | Ali | Bitərəf | 43 saylı Şəki şəhər | Majoritar – 05.11.2000 |
Mahmudov Yaqub Mikayıl oğlu | 1939 | Ali | YAP-ın üzvü | 44 saylı Şəki kənd – Qax | Majoritar – 05.11.2000 |
Əsgərov Şahlar Qaçay oğlu | 1941 | Ali | YAP-ın üzvü | 45 saylı Tərtər–Kəlbəcər | Majoritar – 05.11.2000 |
Mehbalıyev Səttar Suliddin oğlu | 1955 | Ali | Bitərəf | 46 saylı Abşeron | Majoritar – 05.11.2000 |
Əliyev Bəxtiyar Həmzə oğlu | 1961 | Ali | Bitərəf | 47 saylı Ağdam şəhər | Majoritar – 05.11.2000 |
Sadıqov Bəxtiyar Yusif oğlu | 1951 | Ali | YAP-ın üzvü | 48 saylı Ağdam kənd | Majoritar – 05.11.2000 |
Səfərov Səttar İsmayıl oğlu | 1937 | Ali | YAP-ın üzvü | 49 saylı Ağdaş | Majoritar – 05.11.2000 |
Cəfərov Nizami Qulu oğlu | 1959 | Ali | YAP-ın üzvü | 50 saylı Ağstafa | Majoritar – 05.11.2000 |
Qulamov Hidayət Həmid oğlu | 1951 | Ali | AMİP-in üzvü | 51 saylı Ağsu – Kürdəmir | Majoritar – 07.01.2001 |
Həsənov Fəxrəddin Əyyub oğlu | 1952 | Ali | YAP-ın üzvü | 52 saylı Ağcabədi | Majoritar – 05.11.2000 |
Rzayev Tahir Musa oğlu | 1950 | Ali | YAP-ın üzvü |
| Majoritar – 16.11.2001 |
Quliyev İsgəndər Həsən oğlu | 1938 | Ali | YAP-ın üzvü | 53 saylı Astara | Majoritar – 07.01.2001 |
Aslanova Rəbiyyət Nurullah qızı | 1951 | Ali | YAP-ın üzvü | 54 saylı Balakən | Majoritar – 05.11.2000 |
Quliyev Novruz Məhəmməd oğlu | 1952 | Ali | Bitərəf | 55 saylı Beyləqan | Majoritar – 05.11.2000 |
Orucov Zahid Məhərrəm oğlu | 1972 | Ali | AVP-nin üzvü | 56 saylı Bərdə şəhər | Majoritar – 07.01.2001 |
Baxşəliyeva Gövhər Baxşəli qızı | 1954 | Ali | Bitərəf | 57 saylı Bərdə – Ağcabədi | Majoritar – 05.11.2000 |
Kazımlı Xanhüseyn Hüseynağa oğlu | 1942 | Ali | ASRP-nin üzvü | 58 saylı Biləsuvar | Majoritar – 05.11.2000 |
Vəkilov Vaqif Səməd oğlu | 1939 | Ali | MP-nin üzvü | 59 saylı Qazax | Majoritar – 05.11.2000 |
Kərimli Azər Şəmşid oğlu | 1964 | Ali | Bitərəf | 60 saylı Qax – Zaqatala | Majoritar – 05.11.2000 |
Heydərov Fəttah Səməd oğlu | 1938 | Ali | Bitərəf | 61 saylı Qəbələ | Majoritar – 05.11.2000 |
Xanlarova Zeynəb Yəhya qızı | 1936 | Ali | Bitərəf | 62 saylı Qobustan – Siyəzən – Xızı | Majoritar – 05.11.2000 |
Baxışov Hüseynağa Eynulla oğlu | 1960 | Ali | YAP-ın üzvü | 63 saylı Quba | Majoritar – 05.11.2000 |
Osmanov Hikmət Saleh oğlu | 1957 | Ali | YAP-ın üzvü | 64 saylı Quba – Dəvəçi | Majoritar – 05.11.2000 |
Pirmətov Gülmət Məhəmmət oğlu | 1963 | Ali | YAP-ın üzvü | 65 saylı Qusar | Majoritar – 07.01.2001 |
Ramazanov Hacıməmməd Yusif oğlu | 1951 | Ali | YAP-ın üzvü | 66 saylı Zaqatala – Balakən | Majoritar – 05.11.2000 |
Salahlı Səyyad Adil oğlu | 1952 | Ali | YAP-ın üzvü | 67 saylı Zərdab – İmişli | Majoritar – 05.11.2000 |
Məmmədov Famil Hüseyn oğlu | 1943 | Ali | YAP-ın üzvü | 68 saylı İmişli | Majoritar – 07.01.2001 |
Abbasov Mirmövsüm Kamil oğlu | 1955 | Ali | YAP-ın üzvü | 69 saylı İsmayıllı | Majoritar – 05.11.2000 |
Həsənquliyev Qüdrət Müzəffər oğlu | 1965 | Ali | AXCP-nin üzvü |
| Majoritar – 05.03.2003 |
Kamalov Tapdıq Calal oğlu | 1939 | Ali | Bitərəf | 70 saylı Yardımlı – Masallı | Majoritar – 05.11.2000 |
Təhməzov Elbrus Halay oğlu | 1946 | Ali | YAP-ın üzvü | 71 saylı Laçın – Kəlbəcər | Majoritar – 05.11.2000 |
Cəbiyev Rizvan İsrafil oğlu | 1940 | Ali | YAP-ın üzvü | 72 saylı Kürdəmir | Majoritar – 05.11.2000 |
Quliyev Nizami Yusif oğlu | 1956 | Ali | AXCP-nin üzvü | 73 saylı Gədəbəy | Majoritar – 05.11.2000 |
Hacıyeva Gültəkin Yunis qızı | 1973 | Ali | Bitərəf | 74 saylı Goranboy – Naftalan | Majoritar – 05.11.2000 |
Rzayev Anar Rəsul oğlu | 1938 | Ali | Bitərəf | 75 saylı Göyçay | Majoritar – 05.11.2000 |
Qənbərov Miri Əhəd oğlu | 1935 | Ali | YAP-ın üzvü | 76 saylı Lerik – Lənkəran | Majoritar – 05.11.2000 |
Abıyev Əhəd Mikayıl oğlu | 1958 | Ali | YAP-ın üzvü | 77 saylı Masallı şəhər | Majoritar – 05.11.2000 |
Əzizov Vəsadət Əli oğlu | 1955 | Ali | YAP-ın üzvü | 78 saylı Masallı kənd | Majoritar – 05.11.2000 |
Rəhimzadə Arif Qafar oğlu | 1941 | Ali | YAP-ın üzvü | 79 saylı Neftçala –Salyan | Majoritar – 05.11.2000 |
Qəhrəmanov Eldar Əvəz oğlu | 1948 | Ali | YAP-ın üzvü | 80 saylı Oğuz – Şəki – Qəbələ | Majoritar – 05.11.2000 |
Əliyev Cəlal Əlirza oğlu | 1928 | Ali | YAP-ın üzvü | 81 saylı Saatlı | Majoritar – 05.11.2000 |
Qafarov Rəfael İbrahim oğlu | 1968 | Ali | YAP-ın üzvü | 82 saylı Sabirabad | Majoritar – 05.11.2000 |
Hüseynov Cahangir Hüseyn oğlu | 1953 | Ali | Bitərəf | 83 saylı Sabirabad-Saatlı | Majoritar – 05.11.2000 |
Ağalarov Rifət Nurəddin oğlu | 1952 | Ali | AMİP-nin üzvü | 84 saylı Salyan | Majoritar – 05.11.2000 |
Ələsgərov Xalıs Ələs oğlu | 1948 | Ali | YAP-ın üzvü | 85 saylı Samux – Şəmkir – Goranboy | Majoritar – 05.11.2000 |
İsmayılov İmamverdi İbiş oğlu | 1958 | Ali | YAP-ın üzvü | 86 saylı Zəngilan – Qubadlı | Majoritar – 05.11.2000 |
Zeynalov Zakir Əlixan oğlu | 1939 | Ali | Bitərəf | 87 saylı Tovuz şəhər | Majoritar – 05.11.2000 |
İsayev İbrahim Mirzə oğlu | 1937 | Ali | YAP-ın üzvü | 88 saylı Tovuz kənd | Majoritar – 05.11.2000 |
Məmmədov Elton Arzuman oğlu | 1954 | Ali | Bitərəf | 89 saylı Ucar | Majoritar – 05.11.2000 |
Muradova Bahar Əvəz qızı | 1962 | Ali | YAP-ın üzvü | 90 saylı Füzuli | Majoritar – 05.11.2000 |
Əliyev Yaşar Tofiqi oğlu | 1948 | Ali | YAP-ın üzvü | 91 saylı Xanlar – Daşkəsən | Majoritar – 05.11.2000 |
Hüseyn Şadman Bəhlul oğlu | 1945 | Ali | Bitərəf |
| Majoritar – 05.03.2003 |
Ömərov İsmayıl Abbas oğlu | 1954 | Ali | YAP-ın üzvü | 92 saylı Xaçmaz şəhər | Majoritar – 05.11.2000 |
Süleymanov Tahir Süleyman oğlu | 1948 | Ali | YAP-ın üzvü | 93 saylı Xaçmaz – Dəvəçi | Majoritar – 05.11.2000 |
Səmədov Oqtay Cilovxan oğlu | 1959 | Ali | YAP-ın üzvü | 94 saylı Hacıqabul – Salyan | Majoritar – 07.01.2001 |
Əliyev Kərəm Qara oğlu | 1950 | Ali | YAP-ın üzvü | 95 saylı Cəbrayıl – Füzuli | Majoritar – 05.11.2000 |
Hüseynov Əli Məhəmməd oğlu | 1968 | Ali | YAP-ın üzvü | 96 saylı Cəlilabad şəhər | Majoritar – 05.11.2000 |
Kazımov Mirkazım Məhəmməd oğlu | 1950 | Ali | YAP-ın üzvü | 97 saylı Cəlilabad kənd | Majoritar – 05.11.2000 |
Əyyubov Şirzad Şahbaz oğlu | 1953 | Ali | MP-nin üzvü | 98 saylı Şamaxı – Ağsu | Majoritar – 05.11.2000 |
Səmədov Abutalıb Qənbər oğlu | 1961 | Ali | ANAP-ın üzvü | 99 saylı Şəmkir şəhər | Majoritar – 07.01.2001 |
Qurbanlı Mübariz Qəhrəman oğlu | 1954 | Ali | YAP-ın üzvü | 100 saylı Şəmkir kənd | Majoritar – 05.11.2000 |
Q e y d: Azərbaycan Respublikası Konstitusiyasının 83-cü maddəsində 2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilən dəyişikliyə əsasən, Milli Məclisə 125 deputat majoritar seçki sistemi əsasında seçildiyinə görə, Azərbaycan Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində 125 birmandatlı seçki dairəsi (ərazisi) yaradılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 21 iyun 2003-cü il tarixli 3/07 saylı Qərarına uyğun olaraq seçki dairələrinin yaradılması sxemi dəyişilmiş və ikinci çağırış Milli Məclisin sıradan çıxmış üzvlərinin yerinə 19 oktyabr 2004-cü ildəki əlavə seçkilərdə deputatlar aşağıdakı seçki dairələrindən seçilmişlər:
Soyadı, adı, atasının adı | Doğum ili | Təhsili | Partiya mənsubiyyəti | Seçildiyi seçki dairəsinin nömrəsi və adı | Hansı seçki sistemi əsasında və tarixdə seçilmişdir |
Quliyev Eldar Allahyar oğlu | 1951 | Ali | Bitərəf | 24 saylı Nizami birinci | Majoritar-19.10.2004 |
Xanbabayeva Afət Əjdər qızı | 1963 | Ali | YAP-ın üzvü | 29 saylı Səbail | Majoritar -19.10.2004 |
Rzayev Rövşən Şükür oğlu | 1962 | Ali | Bitərəf | 101 saylı Xanlar–Daşkəsən | Majoritar -19.10.2004 |
II. ÇOXMANDATLI SEÇKİ DAİRƏLƏRİ ÜZRƏ
N | Soyadı, adı, atasının adı | Doğum ili | Təhsili | Partiya mənsubiyyəti | Təmsil etdiyi siyasi | Hansı seçki sistemi əsasında və tarixdə seçilmişdir |
1 | Əliyev İlham Heydər oğlu* | 1961 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional-05.11.2000 |
2 | Əhmədov Əli Cavad oğlu | 1953 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional -05.11.2000 |
3 | Novruzov Siyavuş Dünyamalı oğlu | 1969 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional -05.11.2000 |
4 | Ələsgərov Murtuz Nəcəf oğlu | 1928 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional -05.11.2000 |
5 | Zabelin Mixail Yuryeviç | 1946 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional -05.11.2000 |
6 | Manafova Asya Sərdar qızı | 1941 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional -05.11.2000 |
7 | Ibrahimov Eldar Rza oğlu | 1945 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional -05.11.2000 |
8 | Qaralov Zahid İbrahim oğlu | 1934 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional -05.11.2000 |
9 | Kərimov Kərim Hacıxan oğlu | 1936 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional -05.11.2000 |
10 | Əsgərov Ağabəy Məmməd oğlu | 1956 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional -05.11.2000 |
11 | İmamverdiyev Sudeyif Bəşir oğlu | 1938 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional -05.11.2000 |
12 | Həsənova Məlahət İbrahim qızı | 1958 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional -05.11.2000 |
13 | Quliyev Musa İsa oğlu | 1961 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional -05.11.2000 |
14 | Əsgərov Ziyafət Abbas oğlu | 1963 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional -05.11.2000 |
15 | Musayev Musa Həzi oğlu | 1959 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional -05.11.2000 |
16 | Sofiyeva Aynur Məmmədiyyə qızı | 1970 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional -05.11.2000 |
17 | İmaməliyev Asif Ağalar oğlu** | 1969 | Ali | YAP-ın üzvü | Yeni Azərbaycan Partiyası | Proporsional |
18 | Kərimov Əli Əmirhüseyn oğlu | 1965 | Ali | AXCP-nin üzvü | Azərbaycan Xalq Cəbhəsi Partiyası | Proporsional -05.11.2000 |
19 | Əliyev Qulamhüseyn Surxay oğlu | 1958 | Ali | AXCP-nin üzvü | Azərbaycan Xalq Cəbhəsi Partiyası | Proporsional -05.11.2000 |
20 | Mollazadə Asim Nazim oğlu | 1953 | Ali | AXCP-nin üzvü | Azərbaycan Xalq Cəbhəsi Partiyasından | Proporsional -05.11.2000 |
21 | Həsənov Cəmil Poladxan oğlu | 1952 | Ali | AXCP-nin üzvü | Azərbaycan Xalq Cəbhəsi Partiyası | Proporsional -05.11.2000 |
22 | Rüstəmxanlı Sabir Xudu oğlu | 1946 | Ali | VHP-nin üzvü | Vətəndaş Həmrəyliyi Partiyası | Proporsional -05.11.2000 |
23 | İbrahimli Fəzail Feyruz oğlu | 1951 | Ali | VHP-nin üzvü | Vətəndaş Həmrəyliyi Partiyası | Proporsional -05.11.2000 |
24 | Hüseynov Rəfael Baba oğlu | 1954 | Ali | VHP-nin üzvü | Vətəndaş Həmrəyliyi Partiyası | Proporsional -05.11.2000 |
25 | Əhmədov Ramiz Haşım oğlu | 1939 | Ali | AKP-nin üzvü | Azərbaycan Kommunist Partiyası | Proporsional -05.11.2000 |
26 | Qurbanov Rauf Müslüm oğlu | 1962 | Ali | AKP-nin üzvü | Azərbaycan Kommunist Partiyası | Proporsional -05.11.2000 |