Modern.az

“Hava yenə küləklidi... O gün kimi...” – Aybəniz Haşımova şəhid ərindən DANIŞDI - FOTOLAR

“Hava yenə küləklidi... O gün kimi...” – Aybəniz Haşımova şəhid ərindən DANIŞDI - FOTOLAR

10 İyul 2019, 10:34

“Hava yenə küləklidi... O gün kimi... 10.07.1992-ci il!”.

Modern.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Aybəniz Haşımova Qarabağda şəhid olmuş həyat yoldaşı Xalid Quliyevlə bağlı xatirələrini bölüşərkən bildirib.


“Əslində, mən onun şücaətlərinin böyük pərəstişkarıyam. Hər dəfə döyüş yoldaşları uğrunda fəda olduğu Ağdərənin 7 kəndinin  yenidən özümüzə qayıtmasında bilavasitə Xalidin şücaətinin olmasından danışdıqca, sonda 3 dostunu mühasirədən qurtardıqdan sonra idarə etdiyi zirehli maşının minaya düşməsi nəticəsində həlak olmasını söylədikcə, həm qürurlanır,  həm də kövrəlirəm” - Aybəniz Haşımova.


Qarabağ müharibəsi şəhidi, 1992-ci ilə qədər Təhsil Nazirliyi nəzdində Təcrübə sınaq zavodunun Baş mühəndis və sonra Baş direktor işləmiş Xalid Huseynxan oglu Quliyev cəbhəyə könüllü getmişdi.

1962-ci il təvəllüdlü X.Quliyev 10 iyul 1992-ci ildə Qarabağda Naxçıvanik kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Həyat yoldaşı - tanınmış müğənni, Əməkdar artist Aybəniz Haşımova, qızı - gənc müğənni Aynişan Quliyevadır.

Vaxtilə təhsil aldığı Nizami rayonunda yerləşən 62-li lisey indi şəhidin adını daşıyır. Yaşadığı küçəyə də Xalid Quliyevin adını veriblər. Xalid Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir