Modern.az

Tbilisidə qumbara partladı: 3 nəfər yaralandı

Tbilisidə qumbara partladı: 3 nəfər yaralandı

10 İyul 2019, 10:56

Tbilisinin cənub-şərqindəki binalardan birində partlayış olub.

Modern.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat verib.

 

İyulun 10-u gecə saatlarında baş verən insident zamanı qumbara partlayışı zamanı 3 nəfər yaralanıb. Onlar hazırda xəstəxanada müalicə alır.

 

Polis qumbara atan şəxsin axtarışlarını davam etdirir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi