Modern.az

Ukraynada parlament seçkilərinin potensial favoritləri… - SORĞU

Ukraynada parlament seçkilərinin potensial favoritləri… - SORĞU

10 İyul 2019, 12:18

Ukraynada “Xalqın qulu” və “Müxalifət bloku – Həyat Uğrunda” partiyaları parlament seçkilərində liderliyi əlində saxlayır.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkədə keçirilən sosioloji rəy sorğuları xəbər verir.

 

Belə ki, seçicilərin 48,5%-i prezident Vladimir Zelenskinin dəstəkləndiyi “Xalqın qulu” partiyasına səs vermək istədiyini açıqlayıb. Onun ardınca gələn və Viktor Medvedçukun “Müxalifət platforması – Həyat Uğrunda“  partiyası 14,1% səs toplayıb.

 

Parlament seçkilərində seçicilərin 9,2% Pyotr Poroşenkonun “Avropa Həmrəyliyi”, 6,2%-i isə Yuliya Timoşenkonun “Batkovşina” siyasi partiyasını dəstəkləyir.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır