Modern.az

AŞPA-nın növbəti qış sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın növbəti qış sessiyasının gündəliyi açıqlanıb

Təhsil

22 Dekabr 2009, 09:29

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2010-cu il yanvarın 25-dən 29-dək keçiriləcək növbəti qış sessiyasının gündəliyi açıqlanıb. Modern.az-ın məlumatına görə, bu barədə AŞPA-nın rəsmi saytı xəbər verib. Məlumata görə,  sessiyanın gündəliyinə uyğun olaraq yanvarın 17-də Ukraynada keçiriləcək prezident seçkilərinin müşahidə olunması məsələsi yanvarın 25-də müzakirə olunacaq. AŞPA-nın sədri Luis Mariya de Puç bu mövzuda məruzə edəcək.

Sessiyanın ikinci günü – yanvarın 26-da Yaxın Şərqdəki vəziyyət, Bosniya və Hersoqovonida demokratik instututların fəaliyyəti nəzərdən keçiriləcək. Yanvarın 27-də Türkiyədə qeyri-müsəlman azlıqların və Şərqi Yunanıstanın müsəlman azlıqlarının dini azadlığı və insan hüquqları məsələsi müzakirə olunacaq, habelə KİV-lərin azadlığına həsr olunmuş məruzə dinləniləcək.

Qış sessiyasının axırıncı günü iqlim dəyişiklikləri ilə əlaqədar problemlər müzakirəyə çıxarılacaq.

 

AŞPA-nın qış sessiyasının gündəliyinə Azərbaycana aid məsələlərin müzakirəsi daxil edilməyib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır