Modern.az

Qarabağ erməniləri az evlənir, çox boşanırlar – Demoqrafik BÖHRAN

Qarabağ erməniləri az evlənir, çox boşanırlar – Demoqrafik BÖHRAN

Qarabağ

11 İyul 2019, 14:32

Azərbaycanın işğal altındakı torplaqlarında yaradılmış qondarma Qarabağ rejimi demoqrafik böhran yaşayır.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğal olunmuş ərazilərdə yanvar-iyun aylarında 327 nikah bağlanıb. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 11 nikah faktı azdır. Belə ki, 2018-ci ilin analoji dövründə 338 nikah bağlanmışdı.

 

Digər tərəfdən, yanvar-iyun aylarında 102 boşanma faktı qeydə alınıb. Bu isə 2018-ci illə müqayisədə 6 vahid çoxdur. Beləliklə, Qarabağda ermənilərin ciddi demoqrafik böhran keçirdiklərini tam əsasla söyləmək olar.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi