Modern.az

Deputatlar Diaspor Gənclərinin II Yay Düşərgəsindən DANIŞDILAR

Deputatlar Diaspor Gənclərinin II Yay Düşərgəsindən DANIŞDILAR

Diaspor

11 İyul 2019, 16:20

Şamaxı şəhərində “Nəsimi-650” - Diaspor Gənclərinin II Yay Düşərgəsinə start verilib. Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilən Diaspor Gənclərinin II Yay Düşərgəsində 51 ölkədən 100-dən çox gənc iştirak edir. 
Yay Düşərgəsi iyulun 14-də başa çatacaq.

Milli Məclisin gənc deputatları Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin sözügedən təşəbbüsündən danışıblar.


Deputat Kamran Bayramov
bu tədbiri yüksək qiymətləndirdiyini bildirib:

“Bu çox yaxşı tədbirdi, bizim gənclərimiz Azərbaycanın gözəl guşələrindən biri olan Şamaxı şəhərində bir yerə toplaşıblar. Düşərgənin yardılması gənclərin  təşkilatlanması, eyni zamanda onlarda vətənpərvərlik hissinin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Düşünürəm ki, belə tədbirlərin çox olması gənclərin inkişafı, onların ünsiyyət qurması, əlaqələrinin güclənməsi üçün çox vacibdir. Bu tədbir bizim siyasətimizin bir təzahürüdür. Son dönəmlərdə gənclərə xeyli diqqət yetirilir, onların aktivliyi üçün müvafiq addımlar atılır. Prezident İlham Əliyevin gəclərlə bağlı siyasəti uğurla həyata keçirilir”.

Deputat Cavid Osmanov qeyd edib ki, Diaspor Komitəsi öz fəaliyyətində bu kimi tədbirləri artırmalıdır:

“Bu tədbir Azərbaycanı diaspor gənclərinin yaşadıqları ölkələrdə təbliğ etmək üçün mühüm addımdır. Təşəbbüs Azərbaycanın diaspor hərəkatında yeni bir mərhələyə qədəm qoyulduğunu göstərir.  
Diaspor gənclərinin Azərbaycanda toplanması, onların fəaliyyətinin sistemləşməsi üçün görülən işləri alqışlayıram. Ümid edirəm ki, II Yay Düşərgəsinin iştirakçıları bu layihəyə çox böyük maraq göstərəcəklər”.


Deputat Sona Əliyeva bildirib ki, düşərgənin təşkili Azərbaycanın tolerant mahiyyətini, multikurtiral nümunəsini dünyaya yaymaq baxımından çox önəmlidir:

“Çünki Azərbaycana xaricdən gələn gənclər burada təşkilatlanacaq, öyrənəcək, getdikləri yerlərdə ölkəmizi yaxşı təbliğ edəcəklər. Bu həm də təcrübə mübadiləsidir, mədəniyyətlərin müxtəlifliyini gənclərə öyrətmək üçün gözəl fürsətdir. Mən bu və bu kimi tədbirləri çox yüksək qiymətləndirirəm”.

 

Nuranə DAXİLQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?