Modern.az

Masallıdakı dəhşətli qəzada oğlunu itirən ana intihar etdi

Masallıdakı dəhşətli qəzada oğlunu itirən ana intihar etdi

11 İyul 2019, 22:41

Masallıda baş verən dəhşətli qəzada oğlunu itirən ana intihar edib.

Modern.az xəbər verir ki, bu barədə qəza nəticəsində ölənlərin yaxınları sosial şəbəkədə məlumat veriblər.


Belə ki, hadisə zamanı ölən Rufullayev Ayxan Natiq oğlunun anası intihar edərək, həyatına son qoyub. Qadının qəzada yaralanan qızı - 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızının da özünü öldürdüyü bildirilir.


Qeyd edək ki, iyulun 9-da Masallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.
Qəzada səkkiz nəfər ölüb. İki nəfər isə ağır xəsarət alıb.

Ölənlər 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları - 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu, 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlu, 2016-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1995-ci il təvəllüdlü Məmmədova Aytac Ələkbər qızı, 1996-cı il təvəllüdlü Məmmədova Gültac Ələkbər qızı, 1997-ci il təvəllüdlü Məmmədov Elgün Ələkbər oğludur.

Ağır qəzada xəsarət alan iki nəfər isə 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızı idi. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi