Modern.az

Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir - FOTOLAR

Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir - FOTOLAR

12 İyul 2019, 19:10

İyulun 12-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndərin Komitədəki büstü önünə güllər düzüblər.


Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov ümummilli liderin ölkəmizin və xalqımızın həyatındakı əvəzedilməz rolundan bəhs edib. Komitə sədri ulu öndərin hələ sovet dövründə Azərbaycan dili, iqtisadiyyatı, təhsili ilə bağlı ölkəmiz üçün bir sıra tarixi qərarlar qəbul etdyini vurğulayıb. Komitə sədri qeyd edib ki, müstəqilliyin ilk illərində işləyib hazırladığı Azərbaycan dövlətçiliyinin milli və bəşəri dəyərlərə əsaslanan uzunmüddətli konsepsiyası sayəsində Azərbaycan dövləti müstəqil, qüdrətli və müasir dövlət kimi dünyada öz yerini tutub.


Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov vurğulayıb ki, ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütövlükdə cəmiyyətimiz ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.


Ümummilli liderin ölkəmizdə qanunvericilik sahəsində gördüyü işlərdən danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, ulu öndər Heydər Əliyev öz fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai-siyasi fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazıb.


Tədbirdə ulu öndərin həyat və fəaliyyəti barədə sənədli film nümayiş olunub.

 

Komitədə tədbir keçirilib -FOTO

Komitədə tədbir keçirilib -FOTO

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı