Modern.az

Araz Əzimov niyə görünmür?

Araz Əzimov niyə görünmür?

13 İyul 2019, 10:40

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov əvvəllər xarici siyasət məsələləri ilə bağlı mətbuata ən çox müsahibə və açıqlama verən yüksək çinli məmurlardan idi. Ancaq bir neçə gün öncə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş nazir müavinini nədənsə son vaxtlar media nümayəndələri az-az görürlər. Sanki “kölgə”yə çəkilmiş A.Əzimovun  jurnalistlərlə təması azaltmasının səbəbi məlum deyil.

Modern.az-ın məlumatına görə, bu günlərdə - bir ay öncə Araz Əzimovun həm doğum günü (13 iyun) olub, həm də nazir müavini təyin olunmasının (25 iyun) 25 illiyi.

Araz Böyükağa oğlu Əzimov 1962-ci il iyunun 13-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı bölməsini bitirib.

1984-1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində fəaliyyət göstərib. Çoxları yəqin ki, A.Əzimovun o vaxtlar Azərbaycan Dövlət Radiosunun Xarici yayım bölümündə fars dili üzrə diktor işlədiyindən xəbərsizdir. Həmin illər çərçivəsində o, Əfqanıstanda tərcüməçi də işləyib.

1989-1990-cı illərdə Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində 2-ci katib, 1990-1991-də 1-ci katib, 1991-1992-də müdir müavini işləyib.
1992-1994-də Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi olub. 1994-cü il iyunun 25-fən indiyə kimi xarici işlər nazirinin müavini pustunu tutur.

Azərbaycan, ingilis, fars, rus və türk dillərini bilən 57 yaşlı nazir müavini evlidir, iki oğlu var.

Media əvvəllər mütəmadi olaraq Araz Əzimovun  Qarabağ məsələsi ilə bağlı açıqlamalarını dərc edir, ondan tez-tez açıqlamalar alırdı. Qarabağ danışıqlarında prinsipial mövqeyi ilə tanınan A.Əzimov hətta nazirdən fərqli olaraq, daha sərt bəyanatlarla çıxış edirdi.  
A.Əzimov illərdir ki, Qarabağ danışıqlarında “görünməz” fiqurdur və  məlumatlara görə müzakirə olunan bütün sənədlər onun birbaşa iştirakı ilə hazırlanır.
Hətta bir ara onun Elmar Məmmədyarovdan sonra xarici işlər naziri postuna ən real namizəd olduğu söylənilirdi...


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir