Modern.az

Nikolayev azərbaycanlılarından Fuad Muradova AÇIQ MƏKTUB

Nikolayev azərbaycanlılarından Fuad Muradova AÇIQ MƏKTUB

13 İyul 2019, 19:18

Diaspor İnfo saytının Ukrayna bürosu xəbər verir ki, Nikolayev Azərbaycanlıları Konqresi bir araya gələrək toplantı keçirmiş və toplantının sonunda Diasporla İş Üzrə Dövlət Komitəsinə müraciət qəbul ediblər.


Nikalayev Azərbaycanlılarının Ağsaqqalı Yunus Alıyev bildirib ki, mətbuat vasitəsilə Fuad Muradova açıq məktub göndərirlər.

Hörmətli Fuad müəllim!
Mətbuat vasitəsilə sizin rəhbərliyinizlə təşkil olunmuş Tələbələrin 2-ci yay düşərgəsini təşkil etdiyinizin şahidi olduq.
Nəsimi ili ilə əlaqədar təşkil olunmuş 2 ci yay düşərgəsinə gələn tələbələrin üzündəki sevinc hissi diqqətimizi çox çəkdi. Və qərara aldıq ki, sizə açıq məktub yazaq.
Siz bu addımı atmaqla Diaspor və xarici siyasətimizdə inqilab etdiniz. Təsəvvür edin ki, yüzlərlə xaricdə yaşayıb və təhsil alan tələbə Azərbaycanda gedən bu islahatları, inkişafı öz gözləri ilə gördülər. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında çox böyük effekt verəcək bir addım atmısınız. Bu tələbələrin çoxu Azərbaycanlı olsalarda Azərbaycandan kənarda yaşayıb fəaliyyət göstərəcəklər. Onların biri-birilə tanış olması, gələcəkdə Lobbiçilik yolunda atılacaq hər hansı bir addımda birgə fəaliyyət göstərməsi deməkdir.

 

Biz Nikalayev Azərbaycanlıları sizin Diaspor sahəsində apardığınız islahatları bəyənir və ürəkdən dəstəkləyirik.
Siz Ümummilli liderimiz Heydər Əliyev siyasi məktəbinin əlaçı şagirdlərindənsiniz.
Siz cənab Prezident İlham Əliyevə öz əməli işinizlə ən sədaqətli məmurlardan olduğunuzu sübut etmisiniz. Azərbaycan mədəniyyətini, muğamını dünyada məşhur edən Azərbaycan respublikasının birinci vitse Prezidenti Mehriban Əliyevanın apardığı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması siyasətində ən aktiv iştirak edən və öz töhvəsini verənlərdənsiniz.
Odur ki, Nikalayev Azərbaycanlıları adından sizə təşəkkür edirəm, yorulmaz fəaliyyətinizdə, çox əhəmiyyətli işinizdə uğurlar arzulayıram.

 

Hörmətlə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev vilayət sədri Yunus Alıyev.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır