Modern.az

Turistlərin yanında üzümüzü qara edən AYAQYOLLARI - Bölgələrdə biabırçılıq…

Turistlərin yanında üzümüzü qara edən AYAQYOLLARI - Bölgələrdə biabırçılıq…

14 İyul 2019, 11:00

Azərbaycan son zamanlar önəmli turizm mərkəzinə çevrilir. Rəsmi statistikaya görə, ölkəyə gələn turistlərin sayı ötən ilin 6 ayı ilə müqayisədə 6,5 faiz artıb. Azərbaycanda günü-gündən turizmin inkişafı üçün addımlar atılsa da, yenə də bəzi qüsurlar qalmaqdadır. Ölkəyə gələn turislərin narazı qaldığı məqamlardan biri də sanitar qovşaqların (ayaqyolu) vəziyyətidir. Paytaxtda və digər mərkəz yerlərdə bu problem müəyyən qədər həllini tapsa da, kənar bölgələrdə, xüsusilə də yol kənarlarında bu problem qalmaqdadır.

 

Bakıdan rayonlara getdikcə, yol kənarlarındakı ayaqyollarının biabırçı vəziyyəti əcnəbi turistlərin yanında üzümzü qara edir desək, yanılmarıq.

 

Problemlə bağlı Modern.az-a danışan Dövlət Turizm Agentliyinin Regional turizm və qoruqların inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib ki, hazırda məsələ Agentliyin diqqətindədir:

“Bununla ağlı layihələndirmə işləri də aparmışıq. İlkin olaraq Dövlət Turizm Agentliyinin rəhbərliyinə iki layihə təqdim etmişik. Bakı-Şəki istiqaməti bizim əsas turizm marşrutu hesab olunur, gələcəkdə marşrutlar çoxalacaq. Bu marşturun üzərində olan bir çox rayonlarda sahibkarlıq subyektləri içərisindəki sanitar qovşaqların yaxşılaşdırılması layihəsi olub. Hələ ki layihə yekunlaşmayıb. Əslində nə vaxt yekunlaşması dəqiq deyil. Ümid edirik ki, bu il ərzində və gələn ilin ilk aylarında bu layihəni həyata keçirəcəyik. Bundan başqa, bu ildən və gələn ilin əvvəlindən bir çox turizm rayonlarında, xüsusən də turizm marşrutları üzərində olan rayonlarda sahibkarlıq obyektlərində təlimlər keçirəcəyik. Bu təlimlərin məqsədi həm xidmət səviyyəsinin yüksəldilməsi, həm də turistə olan davranışların yaxşılaşdırılması istiqamətindədir. Burada da biz həmin restoranlara tövsiyələr verəcəyik ki, dəyişikliklər etsinlər”.

 

Elgün Cavadov bildirib ki, sərhəd keçid məntəqələrinin hamısında olublar, baxış keçirilib, vəziyyətin necə olması ilə bağlı hesabatlar təqdim olunub.

“Eyni zamanda, həmin marşrutlar üzrə yerlərə də baxış keçirilib. Hansı yerlərdə sanitar qovşaqların yenilənməsi ilə bağlı layihələndirmə olub. Sərhəd keçid məntəqələri Dövlət Turizm Agentliyinin tabeliyində deyil. Onlar digər qurumların tabeliyindədir, biz sadəcə öz təkliflərimizi onlara ünvanlamışıq. Onlar vəziyyəti yaxşılaşdırsa, həm yerli vətəndaşlar, həm də xarici qonaqlar üçün yaxşı olar. Xidmət səviyyəsini dünya standartlarına çatdırmaq lazımdır. Amma sırf Dövlər Turizm Agentliyinin tabeliyində olmadığı üçün qurum onun birbaşa dəyişdirilməsi ilə bağlı addım ata bilmir. Ən yaxşı halda bu məsələ təklif kimi qalır”.

 

Sektor müdirinin sözlərinə görə, sərhəd məntəqələrindən Azərbaycan tərəfə keçdikdən sonra turizm infrastrukturunun həyata keçirilməsi nəzərdə tutulur.


“Yəni Azərbaycan tərəfinə keçən turistlər üçün turizm mərkəzləri olacaq. Turistlərin məmnunluğu üçün bütün işləri görməyə çalışacayıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir